Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (8-06-2017, 12:48)
Rauf Vəliyev, Qüdrət Qurbanov və Taleh Ziyadovun idarələri ləğv olunur

Dövlət Dəniz Administrasiyasının da eynən Nəqliyyat Nazirliyi kimi ləğv ediləcəyi gözlənilir


Dövlət Dəniz Administrasiyasının “Xəzər Dəniz Gəmiçilik” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə vahid bir quruma çevrilməsi planda var.

Əslində bu qərar çoxdan verilməlidir. Ötən il Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən elektron xidmətlərə dair inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib. 

Həmin qərarda əksini tapan "Su nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” ləğv edilib. Qurumun səlahiyyətlərinin ləğvi prosesinin davam edəcəyi xəbər verilir. Hər üç qurumun adı müxtəlif korrupsiya əməliyyatlarına keçib.

Ulus.Az-ın məlumatına görə, eyni zamanda Q.Qurbanovun vəziyyəti ürəkaçan deyil. Mətbuat yazıb ki, sabiq MTN başçısı Eldar Mahmudovun vaxtilə Azərbaycan Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovla dost olduğu nə jurnalistlərə, nə də məmurlara sirr deyil. 

Əlbəttə, Eldar Mahmudovun “möhtəşəm” vaxtlarında irili-xırdalı əksər məmurlar onunla dost olmağa, isti münasibətlər saxlamağa çalışırdılar. Qüdrət Qurbanov da hardan biləydi ki, bir gün digər güc strukturları Eldar Mahmudovun “qoşun”una qalib gələcək?

Vaxtı ilə MTN-in zabiti olan Orxan Qüdrət oğlu Qurbanovun indi də DTX-də çalışdığı barədə məlumatlar var. 

Hətta onun dostları və yaxınları da deyir ki, Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də “imkan vermirdi”. Bu məqamlar da onun siyasi rəhbərlik yanında etimadını azaldıb. 

Ona görə də Dövlət Dəniz Administrasiyasının “Xəzər Dəniz Gəmiçilik” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə vahid bir quruma çevrilməsi istisna edilmir.

Beləcə, Rauf Vəliyev, Qüdrət Qurbanov və Taleh Ziyadov bir qurumda necə yola gedəcək mürəkkəb məsələdir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024