“Hər bir məscid orada ibadət edən dindarların öz hesablarına yaşamalıdır. Amma bu gün bütün məscidlər fəaliyyət göstərmək üçün dövlətdən yardım istəyir”.
Mediatv.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün təşkil olunan “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” adlı iki həftəlik seminarın yekun tədbirində deyib.
QMİ sədri bildirib ki, dində müxtəlif cəryanların ortaya çıxıb yayılması normal qarşılana bilməz: "Hər başına papaq qoyanın özünü molla kimi təqdim etməsi xalqımızın dindarlarımıza olan inamını azaldıb”.
A. Paşazadə QMİ-nin Şabran rayonunda 1770 hektar torpaq sahəsinin olması haqda deyilənlərə da aydınlıq gətirib: "Bir vaxtlar yazırdılar ki, Qafqaz Müsəlmanları İdarəsi 1770 hektar torpağı dövlət əlindən alıb: “O məlumat düzgün araşdırılmadan yazılmışdı. Çünki həmin torpağı biz könüllü şəkildə Özbəkistanın Fərqanə şəhərindən gələnlərə vermişdik”. (“Report”)