Karusel / Slayd (27-11-2016, 15:13)
Şəriki Vidadi Zeynalovu “satıb”, canını qurtarmaq istədi, amma… - milyonluq ittiham
“Rabitə işi”nə görə həbs edilən şəxslərdən biri də Namazalı Məmmədovdur. O, “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin təsisçisi və direktoru olub. Onun rəhbərlik etdiyi MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeliyində olan bir çox müəssisələrdə təmir-tikinti işlərini həyata keçirib.
Mediatv.az: Nazirliyin yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətləri olan N.Məmmədov görülən təmir-tikinti işlərinə ayrılan vəsaitin şişirdilməsində və mənimsənilməsində təqsirləndirilir.
Namazalı Məmmədovun epizodu üzrə ortaya çıxan maraqlı məqam Vidadi Zeynalovun ona qarşı ifadə verməsi olub. Belə ki, N.Məmmədov istintaqa ifadə verərək heç bir qanunsuz əmələ əl atmadığını, ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib. Ancaq nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov üzləşmə zamanı N.Məmmədovun əməllərini sadalayaraq onu ifşa edib.
Musavat.com-un əldə etdiyi məlumata görə, “Rabitə çetesi”nin əməlləri araşdırılarkən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, eləcə də Namazalı Məmmədovun idarə heyətinin sədri və səhmdarı olduğu “Rabitə-Tikinti” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətləri yoxlanılarkən işlərin dəyərinin artırılması ilə bağlı göstərilən hesablamalar - mal-materialların, görülmüş işlərin, maşın-mexanizm xərclərinin və əlavə xərclərin müəyyən edilməsi zamanı real bazar qiymətləri nəzərə alınmayıb. 2011-2012-ci illərdə eyni dövrdə Sabirabad, Kürdəmir, Lənkəran və Tərtər Telekommunikasiya Qovşaqlarında görülən eyni işlə bağlı müxtəlif qiymətlər şişirdilib.
N.Məmmədov istintaqa ifadəsində deyib ki, kotirovka sorğusu və tenderin keçirilməsi sifarişçi təşkilatın səlahiyyətlərinə aid olmaqla, həmin təşkilatların qəbul edəcəyi qərarlara hər hansı təsir etmək imkanı olmayıb. Onun szölərinə görə, rabitə sahəsində uzun müddət təcrübəyə malik və bu sahədə tanınmış mütəxəssis olduğuna görə sifarişçi təşkilatlar həmin işlərin keyfiyyətlə görülməsi üçün ilk növbədə ona müraciət ediblər.
Namazalı Məmmədov ifadəsində göstərib ki, direktoru olduğu “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, təsisçisi və idarə heyətinin sədri olduğu “Rabitə-Tikinti” ATSC, eləcə də partnyoru olduğu “Optik Tikinti Montaj” MMC-lərə ümumilikdə işlərin görülməsi üçün köçürülmüş pul vəsaitinin hamısı yerinə yetirilməsi nəzərdə tutulmuş təmir tikinti və quraşdırma işlərinin görülməsinə sərf olunub. Həmin cəmiyyətlərə köçürülmüş pul vəsaitindən əlavə olaraq heç kimə, eləcə də Vidadi Zeynalova və Səhrab Hümbətova verməyib və həmin puldan heç bir məbləği mənimsəməyib.
Tərəflərin üzləşdirilməsi
Ancaq Vidadi Zeynalov ifadəsində Namazalı Məmmədovun da “mənimsəmə əməliyyatı”nda iştirak etdiyini deyib. Bunun üçün də istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onlar üzləşdirilib.
Üzləşdirmə zamanı Vidadi Zeynalov tapşırığı əsasında Namazalı Məmmədovun 2009-2014-cü illər ərzində müxtəlif rayonlarında kabel xətlərinin çəkilişi və rekonstiksiyası məqsədilə direktoru olduğu “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, təsisçisi və idarə heyətinin sədri olduğu “Rabitə Tikinti” ASC, eləcə də partnyoru olduğu “Optik Tikinti Montaj” MMC-yə köçürülmüş təxminən 15 milyon manat pul vəsaitinin 30 faizini (4 milyon 500 min manatı) iş otağında ondan qəbul etdiyini deyib. V.Zeynalov ona verdiyi pullardan əlavə Namazalı Məmmədova da əlavə pul qaldığını üzləşmə zamanı bildirib.
Ancaq üzləşmə zamanı N.Məmmədov bunları təkzib edib. İstintaq belə nəticəyə gəlib ki, Vidadi Zeynalovun göstərdikləri işin digər halları ilə uyğunluq təşkil etdiyindən üzləşmə zamanı onun verdiyi ifadə sübut kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, elan olunan ittiham aktına görə, N.Məmmədov 1 yanvar 2009-cu il tarixdən 29 oktyabr 2015-ci il tarixədək yaxın münasibətdə olduğu Vidadi Zeynalovla öz aralarında icra edəcəkləri funksiyaya uyğun olaraq aparılmış vəzifə bölgüsünə əsasən, əldə edəcəkləri vəsaitin özlərinin arasında bölüşdürülməsini, şəxsi firavanlıqlarının təmini üçün konkret hallarda ayrı-ayrı məbləğlərin ayrılmasını razılaşdırıb, bununla da özləri üçün qanunsuz olaraq maddi və sair nemətlər, yüksək gəlir, bahalı əmlaklar, qızıl-zinət əşyaları əldə etmək, külli miqdarda fayda götürmək üçün cinayət əməlləri törədiblər.
N.Məmmədov rəhbərlik etdiyi şirkətlərə ümumilikdə artıq qiymətlərlə 19 milyon 841 min manat vəsaiti müvafiq sənədlərdə rəsmiləşdirilib. Qeyd edilən cəmiyyətlərə ayrılması nəzərdə tutulmuş 36 milyon 206 min manat vəsaitin 23 milyon 65 min manat məbləğində olan hissəsinin köçürülməsinə nail olub.
Həmin cəmiyyətlərin hesablaşma hesabına köçürülmüş qeyd edilən vəsaitin ƏDV-siz 12 milyon 224 min manatını nəğdləşdirməklə Vidadi Zeynalov tərəfindən müəyyən olunmuş müvafiq bölgüyə və qaydaya uyğun olaraq, göstərilən dövr ərzində həmin məbləğdən cəmi 8 milyon 72 min manat pulu şəxsən nazirliyin binasındakı xidməti otağında V.Zeynalova verib.
N.Məmmədov cəmi 4 milyon 119 min manat pulu isə özünə götürüb, şəxsi ehtiyaclarına xərcləyərək, ona etibar olunmuş külli miqdarda dövlət əmlakını mənimsəmə yolu ilə talamaqda ittiham olunur.
Qeyd edək ki, “Rabitə işi”nə görə həbs edilənlərin və şahidlərin əksəriyyəti ifadələrində Vidadi Zeynalovun adını çəkiblər. Onlar “mənimsəmə əməliyyatı”nın başında V.Zeynalovun durduğunu və bütün işləri onun tapşırığı ilə icra etdiklərini deyiblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024