Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-10-2016, 22:06)
İcra başçısı müavininin kasıblar məhəlləsindəki milyonluq evi – foto

İcra başçısı müavininin kasıblar məhəlləsindəki milyonluq evi – foto

 

Azərbaycanda məmurların dəbdəbəli villalara məxsus olduqları ilə bağlı faktlar mətbuatın gündəmindən düşmür.Aldıqları əmək haqları ilə milyon manatlarla ölçülən villa sahibi olmağın mümkünsüzlüyünə baxmayaraq, belə mülk sahiblərinin sayı durmadan artır. Hazırda sizə təqdim etdiyimiz villa da hansısa məmurundur. Anonim mənbədən Xətai rayonu, Cavanşir küçəsində məmurların birinə aid möhtəşəm villanın olması ilə bağlı BakiPost.az məktub ünvanlanıb. Məktubda bildirilir ki, həmin villa Xətai Rayon icra Hakimiyyəti başçısının müavini Rafiq Quliyevə məxsusdur.
Məktubu yazan şəxs isə daxmada yaşayan məcburi köçkün ailəsindən olduğunu deyir. Məktubda bildirilir ki, illərdir, uçmaq təhlükəsi olan yataqxanada qaçqın həyatı yaşayan, səfalət içərisində həyat sürən insanların gözü önündə belə bir mülkün salınması hamıda qıcıq doğurur: “Bu evin sahibi iş adamı, biznesmen olsaydı, bizə bu qədər ağır gəlməzdi. Bu evi tikən əslində, bizə xidmət etməli olan, qayğımız, dərdimizə şərik olması vəzifə borcu olan, bir məmur, rayonumuzu idarə edən şəxslərdən biridir. Vicdanlı məmur bizim vəziyyətimizi görə-görə, bizim gözümüzün önündə kral həyatı yaşadığını necə nümayiş etdirə bilər?”.
Əməkdaşımız həmin ərazidə olub. Sakinlərlə söhbətində dəqiqləşdirib ki, Cavanşir küçəsində, magistral yolun kənarında yerləşən dəbdəbəli villa həqiqətən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Quliyevə məxsusdur.
Villa hündür hasarlarla əhatələnib. Bundan əlavə villanın həyətində əlavə olaraq bir tikili də var. Burada isə villanın mühafizəçisi yaşayır. Adının çəkilməsini istəməyən sakinlər bildirib ki, villanın tikintisinə xeyli sayda işçi və texnika cəlb olunub, bahalı tikinti materiallarından istifadə olunub. Villanın ümumi qiymətinin ilkin baxışdan 1 milyon manata yaxın olduğu görünür.
  
Həmin villanın sahibi olduğu iddia edilən R.Quliyevlə əlaqə saxlamağa çalışılır. Mövzunu davam etdirəcəyik.
Bir tarixi xatırlatma yerinə düşər: Mayın 17-si Bakının Səbayel rayonunda, Salyan şosesi, 37 ünvanındakı villalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə söküldü. Nə söküntü zamanı, nə də söküntüdən sonra villaların kimlərə məxsus olduğu bilinmədi. Yayılan məlumatlara görə, bu villaların sökülməsinə şəxsən döblət başçısı göstəriş verib. Məhz buna görə də villa sahibləri səslərini çıxara bilmədilər .

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024