Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-02-2016, 14:26)
MƏHKƏMƏ SƏDRİ ZEYQƏM HÜSEYNOVUN "MÜŞAVİRƏ OTAĞI"NDA DAHA KİMLƏR VAR

Manat dəyərdən düşdü. Bu isə o deməkdir ki, ölkədə banklardan dollarla kredit götürərək, qaytara bilməyən vətəndaşların əksəriyyəti məhkəməyə verilərək, bu şəkildə aldığı krediti qaytarmağa məcbur ediləcək. Bu prosesdən pul qazanmaq istəyənlər də olıacaq. Xüsusən də məhkəmə sədrləri. 

KİV yazıb ki, Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov əvvəllər də bu işdən pul qazanmaq üçün geniş istifadə etməyə çalışıb. Çünki Sumqayıtda aldıqları krediti geri qaytara bilməyənlərin sayı çoxdur və onlarla bağlı məhkəmədə də bir xeyli işə baxılır. Bildirilir ki, banklarla anlaşan Z.Hüseynov onlarla əlbir şəkildə vətəndaşları krediti geri qaytarmağa məcbur edirlər. Məsələn, əvvəlcə problemli kreditin sahibini dəvət edən məhkəmənin sədri onunla danışıb, işi «sülh yolu ilə» yoluna qoymağa çalışır. Əgər krediti alan şəxs onu ödəməyə razılıq verərsə, işə birbaşa şəhər məhkəməsinin icraçıları qoşulurlar. Əks təqdirdə isə hədə-qorxu kampaniyası başlayır. Üstəlik, hər 10 dəqiqədən bir vətəndaşa telefon zəngləri edilir.
Məlumata görə, Z.Hüseynov krediti ödəmək istəyən şəxsin işini «yüngülləşdirmək» üçün ona müxtəlif təkliflər verir. Bu təkliflər isə kreditin ödənilməyən hissəsinin həcminə bağlıdır. Həmçinin burada bankın əlavə faizlərinin çıxılması da təklif kimi səsləndirilir. Halbuki qanunla kreditin ödənilməyən hissəsi geri verilməlidir və bankın əlavə etdiyi faizin ödənilməsi şərt deyil. Amma Sumqayıt Şəhər Məhkəməsinin sədri həmin faizin 20 faizi müqabilində işi «xətm eləyir». 
Maraqlı cəhət budur ki, pul alveri məsələsinə sədr qarışmır. Bu işə o, özünün ən yaxın adamı olan və məhkəmənin icraçısını cəlb edir. Nəticədə, krediti ödəməyən vətəndaş ya bezdirilir, ya da məcbur edilir ki, həmin pulu versin. 
Xatırladaq ki, qəzetimizdə dərc olunmuş "Azərbaycan məhkəməsinin Zeyqəm Hüseynov sindromu" sərlövhəli məqalə dərc olunandan sonra məhkəmə sədrinə mövzuya münasibət bildirməsi üçün tribuna təklif olunmuş, həmçinin bizi maraqlandıran digər məsələlərlə bağlı suallarımızı cavablandırması xahiş olunmuşdu. Z. Hüseynov bu təklifimizi qəbul etmədiyi üçün yazıda gedə biləcək hər hansı qeyri-dəqiqliyə görə məsuliyyət onun da üzərinə düşür.

Sadiq oxucularımız xatırlayarlar, onların sırasına yeni qoşulanlara isə bildiririk ki, "Xalq tribunası" ictimai-siyasi hüquq qəzeti 2002-ci ildən fəaliyyət göstərir və kollektivimizdə "köhnə komanda"nın üzvləri də vardır. Onlar Zeyqəm Hüseynovla  əvvəllər də təmasda olmuş, etdiyi söhbətləri yaxşı xatırlayırlar. Bilirlər ki, oğlanlarından biri bir neçə il əvvəl Nabranda "Elvin" adlı motel işlədirmiş. Motelin yerləşdiyi ərazi Zeyqəm Hüseynova Xaçmaz məhkəməsində işlədiyi dönəmdə kriminal aləmin nüfuzlu nümayəndələrindən birini "aç-burax" elədiyinə görə peşkəş edilibmiş. Xaçmazlılar üçün başağrısına çevrilən, Balakənlilərin həzər etdikləri həmin fərsiz oğul Hüseynov moteli işlədə bilmədiyinə görə möhtərəm hakim obyekti hardasa bir milyon dollara satmalı olub.

Zeyqəm Hüseynova güvənərək özbaşınalıq edən qohumlarının siyahısı təkcə oğulları ilə məhdudlanmır. Bir müddət əvvəl Zeyqəm Hüseynovun baldızı qızının əri vəkil Əlabbas dələduzluyq üstündə məsuliyyətə cəlb olunmuşdu. Amma tutulana qədər Əlabbas öz havadarının himayəsindən istifadə edərək xeyli vətəndaşı aldatmağa müvəffəq olmuşdu.

Bir neçə il bundan qabaq Zeyqəm Hüseynovun adı Bəylər Eyyubovla qoşa hallananda da hakim generalla uşaqlıq dostu olduğunu bildirmiş, yeniyetməlik dövrünün ilginc xatirələrini qəzetimizin əməkdaşı ilə bölüşmüşdü. Həmin xatirələrdən belə nəticəyə gəlmək olardı ki, Hüseynov elə uşaqlıqdan nadinc (yumşaq ifadədir-red.) olub.     

 

Birinci yazıdan sonra Zeyqəm Hüseynov tənqidə münasibət bildirməkdən imtina etməsini belə əsaslandırdı: "Daha yazdığınızı yazmısınız daa... Daha nə yazmaq istəyirsiniz ki?" Göründüyü kimi, hakim ədalətsizliyi jurnalist üçün tükənməz mövzudur. Ümumiyyətlə, müşahidələrimiz belə qənaətə gəlməyimizə əsas verir ki, Zeyqəm Hüseynov məhkəmə hökmlərini çıxararkən müstəqil qərarlar versə də,  media ilə ünsiyyətdə kimlərinsə məsləhətlərindən faydalanır. Əlbəttə, əgər buna fayda demək olarsa. Möhtərəm hakimə yenə də tribuna təklif edirik və bu dəfə "müşavirə otağı"na getmədən qərar verməsinin məqsədəuyğunluğunu xatırladırıq.  

 

Xalqtribunası"

 

 

                                                              

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024