Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-01-2016, 09:53)
Cahangir Hacıyevlə Eldar Mahmudov üzləşməsi - şok təfərrüat

Cahangir Hacıyevlə Eldar Mahmudov üzləşməsi - şok təfərrüat

Daha bir “kredit oliqarxı” qandallandı; “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov “maliyyə xəyanətinə” görə həbs olundu; o, rəhbəri olduğu “Globus Plaza”nın bir qrup işçisinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur; iddia edilir ki, sabiq bankir yenidən köçürüldüyü BMCMİ-də qudası Eldar Mahmudovla da üzləşdirilməlidir, bəlkə də bu artıq baş verib də... 

 

Mediatv.az xəbər verirki, ötən ilin dekabr ayının 4-də həbs edilən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasından yenidən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) köçürülüb. Bu barədə “Trend”ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib. 
Vəkil bildirib ki, C.Hacıyev ötən il dekabrın 30-da BMCMİ-yə gətirilib və hələ də orada saxlanılır. Vəkilin dediyinə görə, C.Hacıyevi istintaq hərəkətləri ilə əlaqədar ora aparıblar və 10 gün orada saxlanılacaq. Xatırladaq ki, sabiq bankir barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir. 
Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur. C.Hacıyev barədə həbs sanksiyasını şəxsən baş prokuror Zakir Qaralovun imzaladığı deyilir.
 
C.Hacıyevin gözlənilmədən yenidən BMCMİ-yə niyə qaytarılması barədə rəsmi məlumat  yoxdur. 
“Yeni Müsavat”a daxil olan xəbərə görə isə C.Hacıyevi “iki mühüm adamın” ifadəsi üçün BMCMİ-yə qaytarıblar. Onlardan biri sabiq deputat, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovdur. “Qafqazinfo”nun xəbərinə görə, keçmiş deputat bugünlərdə həbs olunub. Əslində Nərimanov Rayon Məhkəməsi onun barəsində ötən il mayın 15-də 4 aylıq həbs-qətimkan tədbiri seçmişdi. Lakin D.Xəlilov hansısa səbəbdən həbs edilməmişdi və bir neçə dəfə BMCMİ-də dindirilmişdi. D.Xəlilov Beynəlxalq Bankdakı maliyyə yeyintilərində iştirakçılardan biridir. O, rəhbəri olduğu “Globus Plaza”nın bir qrup işçisinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. 
D.Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilovun Beynəlxalq Bank işində adı hallanan, hazırda Fransaya sığınan Xəqani Bəşirovla birgə işlədiyi “General Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti də Beynəlxalq Bankdan kredit alıb qaytarmayan şirkətlərdəndir. Britaniyanın məşhur “Harvey Nichols” brend geyim mağazaları “General Construction” şirkəti ilə bağlanmış müqavilə əsasında “Globus Plaza” ticarət mərkəzində fəaliyyətə başlasa da, bugünlərdə müqaviləni pozaraq ölkəni tərk edib. 
C.Hacıyevin BMCMİ-də D.Xəlilovla üzləşməsinə ehtiyac yarandığından bu addım atılıb. Amma bir mənbə redaksiyamıza bu qəfil “ekstradisiya” ilə bağlı daha bir sensasion xəbər verib. Qaynağımız iddia edir ki, C.Hacıyevi BMCMİ-də qudası, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla da üzləşdirilməlidir, bəlkə də bu artıq baş verib... 
İddiada deyilir ki, C.Hacıyev vəkili vasitəsilə mediaya qudasını satmadığını bəyan etsə də, istintaqda kredit mənimsəmələrində həm sabiq nazirin, həm də ləğv olunan MTN-in bəzi yüksək rütbəli əməkdaşlarının iştirakına dair təkzibedilməz sübutlar var. 
Heç kimə sirr deyil ki, oktyabr ayının 17-də E.Mahmudovun “vurulması” ilə başlayan “MTN işi” əslində Beynəlxalq Bank qalmaqalının davamı idi. Tezliklə məlum oldu  ki, MTN-də baş vermiş cinayətlər, sahibkarların soyulması prosesi bir çox hallarda Beynəlxalq Bank vasitəsilə həyata keçirilib, bütün parası alınan iş adamına “kredit sənədi” imzaladıb, pullar isə mənimsənib. O cümlədən ötən ilin fevralında baş verən ilk devalvasiyada da qudalar əlbir olub milyonlar qazanıblar. Belə ki, devalvasiya olacağı haqda əvvəldən xəbərdar olan E.Mahmudov C.Hacıyevin vasitəsilə köhnə tarixlə valyuta mübadiləsi həyata keçiriblər. Qudalar bu əməliyyatda böyük məbləğdə manatı köhnə tarixlə, yəni devalvasiyadan əvvəlki valyuta kursu ilə mübadilə edib. E.Mahmudovla C.Hacıyev isə bu yolla milyonlarla dollar irəli düşüblər. 
 
İddia rəsmi təsdiqlənərsə, bu o deməkdir ki, C.Hacıyev təkcə üzləşməyə deyil, həm də E.Mahmudovu “özü ilə aparmaq” üçün BMCMİ-yə  gətirilib. 
Digər bir qaynaq isə “Yeni Müsavat”a bildirib ki, Cahangir Hacıyevin Bakı İstintaq Təcridxanasından mediaya məktub göndərməsi hakimiyyəti çox ciddi şəkildə qıcıqlandırıb. Onun, bu qədər olanlara rəğmən, özünü təmizə çıxarmaq cəhdləri, sərbəstliyi “mən suçsuzam” mesajları dövlətin başında dayananları müəyyən addımlar atmağa vadar edib. C.Hacıyevin BMCMİ-də saxlanması o deməkdir ki, sabiq bankir daha ciddi nəzarət altına alınıb.
 
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024