Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (28-12-2015, 17:55)
“Devalvasiya öz neqativ təsirini göstərir” - Əli Həsənov

“Əksər beynəlxalq ekspertlərin fikrinə əsasən, enerji resurslarının qiymətinin aşağı düşməsi süni şəkildə stimullaşdırılan prosesdir”.

Mediatv.az - ın məlumatına görə, bu fikiləri AzərTaca-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Prezidentin köməkçisi vurğulayıb ki, bu siyasət dünyada mövcud beynəlxalq münasibətlər, təhlükəsizlik sistemini və formalaşmış iqtisadi əlaqələri ciddi şəkildə təhdid edir:


“Bir tərəfdən enerji resurslarını ixrac edən ölkələrin milli gəliri azalır, digər tərəfdən isə əksər ölkələrdə milli valyutaların dəyərdən düşməsi müşahidə olunur. Azərbaycan da dünyanın bir hissəsidir, qlobal iqtisadi proseslərdən təcrid olunmamışdır və buna görə həmin proseslər istər-istəməz ölkəmizə də öz təsirini göstərir.

Nəzərə alınmalıdır ki, manatın məzənnəsinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının idarə olunmasında hər hansı problemlə bağlı deyil, dünyada gedən proseslərin ölkəyə mənfi təsiri ilə əlaqədardır. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, hakimiyyət neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. İlin yekunları da göstərir ki, Azərbaycan bu sınaqdan çıxmağı bacarmış, yanacaq-enerji sektorunda gəlirlər azalsa belə, ölkə öz dinamik inkişafını dayandırmayıb.

Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır. Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi, vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi. Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir”, - deyə Ə.Həsənov bildirib. 

Prezidentin köməkçisi xatırladıb ki, devalvasiya sosial baxımdan mənfi haldır və təbii olaraq vətəndaşların maddi durumuna öz neqativ təsirini göstərir: “Bununla yanaşı, Azərbaycan hakimiyyəti bu prosesi öz axarına buraxmamış və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirmişdir, bu məqsədlə müvafiq tənzimləyici mexanizmlərdən istifadə edib. Daxili istehsalın stimullaşdırılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi və.s tədbirlər məqsədyönlü şəkildə davam etdirilir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024