Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (10-12-2015, 20:14)
Cahangir Hacıyev dərman içmək üçün ev dustağı olmaq istəyir

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edəcək.

Mediatv.az xəbər verir ki, bu barədə "Trend"ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkilin sözlərinə görə, müraciət etməklə bağlı C.Hacıyevlə məsləhətləşib: "Cahangir Hacıyevin istintaq dövründə azadlıqda qalması istintaq heç bir maneçilik törətmir. Bunu Cahangir Hacıyev özü də məhkəmədə bildirdi. Ona görə də, bu barədə Nərimanov rayon məhkəməsinə müraciət edəcəyik. Biz istəyirik ki, Cahangir Hacıyev heç olmasa ev dustağı edilsin. Onun səhhətində problemlər var və vaxtında dərmanlar qəbul etməlidir".

A.Layıcov bildirib ki, hazırda məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət hazırlayır. Ərizə yaxın günlərdə Nərimanov Rayon Məhkəməsinə təqdim ediləcək.

Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsində C.Hacıyevin Nərimanov Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti təmin etməyib.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (mənimsəmə və ya israf etmə)179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (vəzifə səlahiyyətlərini aşma), 312. (rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024