Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-11-2015, 19:56)
İsgəndər Həmidov Qubanın indiki icra başçısını necə xilas etdi?

İsgəndər Həmidov Qubanın indiki icra başçısını necə xilas etdi?

 

Yaşar Məmmədovla bağlı ötən yazıda araşdırmanı davam etdirəcəyimizi qeyd etmişdik. 

Məlumatlı mənbə Bizimxeber.az-a bildirib ki, Yaşar Məmmədov 1992-ci ildə Qaradağ rayonunda Cinayət-axtarış şöbəsinin rəisi işləyərkən onun kabinetində ölüm hadisəsi baş verib. Daha doğrusu, müvəqqəti saxlanılan şəxs dünyasını dəyişib.

Vəziyyətdən çıxmaq üçün AMİP-in rəhbər şəxslərindən biri o zamankı daxili işlər naziri İsgəndər Həmidovdan xahiş etməli olub. Və beləcə Yaşar Məmmədov canını həbsdən qurtarmalı olub.

Sonralar isə Yaşar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun ətəyindən möhkəm yapışaraq icra başçısı vəzifəsinə təyin olunub.

***

Quba Rayon İcra Hakimiyyətinin saytında icra başçısı Məmmədov Yaşar Qəhrəman oğlunun tərcümeyi-halı ilə bağlı aşağıdakılar qeyd olunub: “14 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olub. SSRİ Daxili İşlər Nazirliyi Minsk Ali Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. 1974-cü ildə Azərbaycan SSR Avtomobil Nazirliyinin Sənaye Müəssisələr İdarəsinin “Avtodetal” zavodunda əmək fəaliyyətinə başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. 1977-2010-cu illərdə Azərbaycan SSR və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili işlər orqanlarında milis nəfəri, müdavim, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, cinayət axtarış bölməsinin rəisi, polis bölməsinin rəisi, polis şöbəsinin rəis müavini, polis şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2010-cu ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi Ucar rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli sərəncamı ilə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib”.

Maraqlıdır ki, Yaşar Məmmədovun 1977-2010-ci illərdə konkret olaraq harada çalışdığı deyil, ümumi şəklidə DİO-da işlədiyi qeyd olunmur.

Niyə..?

Bizimxeber.az-a daxil olan məlumata görə, 1992-ci ildə Yaşar Məmmədov Qaradağ Polis Şöbəsində işləyərkən onunla bağlı AMİP-in rəhbərlərindən biri yüksək rütbəli məmurlardan çox mühüm xahiş edib. Əslində onu xilas edib. Bu xahişlə bağlı materiallar sonradan MTN-in keçmiş şefi Eldar Mahmudovun əlinə necə keçdi?

Məlumat üçün bildirək ki,  Yaşar Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun qohumdur.

Araşdırmamız davam edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024