Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-11-2015, 16:37)
“İlham Əliyevin “G-20”də iştirakı tarixi hadisədir” - Novruz Məmmədov

Azərbaycanın dünya miqyasında, beynəlxalq aləmdə bu ilin ən mühüm hadisəsi olan “Böyük İyirmiliy”in (G-20) Antalya sammitində iştirak etməsi olduqca mühüm əhəmiyyətə malikdir.

Mediatv.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, qeyd edib ki, bu sammitdə müzakirə edilən mövzular, aparılan fikir mübadilələri və digər məsələlər uzun müddət müəyyən siyasi, analitik mərkəzlərin müzakirə mövzusu olacaq.

N.Məmmədov bildirib ki, G20 bu gün dünyanın ən mühüm qurumlarından biri hesab olunur: "Dünya iqtisadiyyatının 85 faizi, dünya ticarətinin 80 faizi G20 ölkərinin payına düşür. Bu nöqteyi-nəzərdən, G20 ölkələrinin dünyada gedən proseslərə mühüm təsiri var. Belə bir sammitin keçirilməsi həm də ona görə mühümdür ki, dünyada bu ilin əvvəlindən proseslər həddindən artıq intensivləşib, müəyyən mənada gərginləşib. Bu sammitdən 1-2 gün əvvəl, yəni təxminən eyni vaxta düşən Parisdəki terror hadisələri sammitə diqqəti daha da artırdı".

PA rəsmisi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində bu sammitə dəvət olunması, sammitin bütün toplantılarında, yığıncaqlarında bərabərhüquqlu üzv kimi iştirakı və həmin toplantıların hər birində çıxış etməsinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var idi: "Bu, ilk növbədə, Azərbaycanla Türkiyə arasında mövcud olan, belə yüksək səviyyəyə gəlib çatmış dostluq, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin mühüm göstəricisi idi. Ümumiyyətlə, belə proseslərdə bu cür yanaşma onu göstərir ki, bizim iki qardaş dövlətlərimiz arasında, onların rəhbərləri arasında, bu ölkələrin xaqları arasında münasibətlər çox böyük əhəmiyyət kəsb edir".

N.Məmmədov əlavə edib ki, Azərbaycanın Türkiyə tərəfindən bu mühüm sammitə dəvət olunması bu iki qardaş, tərəfdaş dövlətin həm regionda, həm də dünyada, beynəlxalq aləmdə gedən proseslərə mühüm təsir qüvvəsinin olduğunu nümayiş etdirir: "Azərbaycan Prezidentinin bu sammitin bütün iclaslarında çıxışlarına əlavə olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu sammitdə Azərbaycanın son illərdə həm regionda, həm də beynəlxalq aləmdə inteqrasiya proseslərində, xüsusilə enerji sahəsində əməkdaşlıqda çox böyük rol oynadığını qeyd etdi".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024