Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (30-10-2015, 16:45)
Bu əməkdaşlıq torpaqlarımızın azad olunmasına yönəlib – Müdafiə Nazirliyi

mn Defense_Ministry_Mudafie_Nazirliyi_albom

 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarın “Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün lazım olan hər şey ediləcək” fikrinə Azərbaycanın Müdafiə Nazirliyi münasibət bildirib.
Mediatv.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bu dəstək iki ölkə arasında mövcud olan ortaq tarixi, mənəvi dəyərlərə söykənən möhkəm dostluq, qardaşlıq əlaqələrindən və ənənəvi həmrəylik ruhundan irəli gəlir: “Xalqımızın ümumilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən milli konsepsiyanı əks etdirməklə yanaşı, bu gün də ölkələrimiz arasında ən yüksək səviyyədə siyasi, iqtisadi, humanitar, eləcə də hərbi və digər sahələrdə mövcud olan yaxınlığı bir daha nümayiş etdirir. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birbaşa dəstəyi ilə ölkələrimizin hərbi qurumları arasında hər il imzalanan ikitərəfli fəaliyyət planına əsasən Quru Qoşunları, Hərbi Hava Qüvvələri və digər qoşun növlərinin birgə keçirdiyi döyüş atışlı hərbi təlimlər, yüksək səviyyəli hərbi nümayəndələrin qarşılıqlı səfərləri, o cümlədən hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi mərhələli surətdə həyata keçirilir. Bu qəbildən olan Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq prosesinin aparılması isə hərbi-strateji imkanların uzlaşdırılması məqsədilə icra edilir. Həmişə tarixin çətin məqamlarında hər iki dövlətin əsgəri və ordusu bir-birinə dayaq olub, silahı gücünə düşməni məhv edərək ədaləti bərqərar edib. Necə ki, əcdadlarımız düşmən üzərində zəfər çalıb, indi də Silahlı Qüvvələrimiz bu şərəfli işi layiqincə davam etdirirlər. Bu gün ölkələrimiz arasındakı müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi isə məhz işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsinə, eləcə də regionda sabitliyin, əmin-amanlığın təmin olunmasına yönəlib”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024