Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-10-2015, 21:51)
Qandallanmış eks-nazirlərimiz - SİYAHI

Qandallanmış eks-nazirlərimiz - SİYAHI

 

Azərbaycan müstəqillik qazanandan bəri hökumətə yüzlərlə nazir gəlib. Amma onlar arasında ayrı-ayrı ittihamlar üzrə cəza alıb həbsdə yatanlar da az olmayıb. Hazırda onlar içərisində azadlığı qazanan da var, xarici ölkələrə mühacirət edən də, hələ də həbsdə yatan da...
Mediatv.az ann.az-a istinadən oxuculara həbsdə yatan nazirlərin siyahısını təqdim edir:
1. Vaqif Hüseynov -  Dövlət Təhlükəsizlik Komitəsinin sədri 
O, 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olub. 
Azərbaycan milli azadlıq hərəkatına qarşı çıxıb, 20 Yanvar hadisələri zamanı Moskvanın apardığı siyasət və tədbirlərdə yaxından iştirak edib. AXC hakimiyyəti dövründə (1992-1993) həbs edilib, sonralar eks-prezident Heydər Əliyevin göstərişi ilə həbsdən buraxılıb. 
Keçmiş Moskva meri Yuri Lujkovun kürəkəni Yevtuşenkovla yaxın dost, akademik Mirəli Qaşqayın kürəkəni Vaqif Hüseynov 1993-cü ildən Moskvada yaşayır.
1997-ci ildə Moskvada tanınmış "Rosbalt" informasiya agentliyini yaradıb. İndi də agentliyin Direktorlar Şurasının sədridir. Eyni zamanda Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktorudur. 
2. Müzamil Abdullayev - kənd təsərrüfatı naziri
1994-cü ildin fevralından sentyabrına qədər kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. 1996-ci ildə vətənə xəyanət ittihamı ilə əvvəlcə ömürlük azadlıqdan məhrum edilib. Sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb. 
 
3. Tofiq Hüseynov -  kənd təsərrüfatı naziri
1952-ci ildə Tovuz rayonunda anadan olan Tofiq Hüseynov AXC hakimiyyətində kənd təsərrüfatı naziri olub. O bu vəzifədə fəaliyyətini 1993-cü ilə kimi davam etdirib. 1994-cu ildə isə qanunsuz silah gəzdirməkdə ittiham edilərək həbs olunub. 2 il müddətinə azadlıqdan məhrum edilib. 1995-ci ildə azad edilib.
  
4. Surət Hüseynov - baş nazir
1993-cü il iyunun 30-da Surət Hüseynov baş nazir təyin olunub. 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən azad edilib, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul edib.
O, dövlət başçısının 1994-cü il 30 oktyabr fərman ilə "Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilib.
Surət Hüseynov həbs olunsa da, həbsxanadan qaça bilib. Azərbaycandan qaçıb getmiş S.Hüseynov Rusiyada həbs edilib və məhkəmə qərarı ilə ömürlük həbs cəzası alıb.
Surət Hüseynov prezident İlham Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olunub.
 
5. Fərhad Əliyev - iqtisadi inkişaf naziri
2001-ci ildə prezidentin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazir təyin olunub.
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə İlham Əliyevin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.
6. Rəhim Qazıyev - müdafiə naziri
Azərbaycanın müdafiə naziri (1992-1993) olub. 1995-ci ildə Cinayət Məcəlləsinin 3 maddəsi üzrə ittiham edilərək ölüm cəzasına layiq görülüb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.
7. Nəriman İmranov - milli təhlükəsizlik naziri
O, 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
1994-cü il dekabrın 21-də bir qrup şəxsin nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib.
2002-ci ildə mərhum prezident Heydər Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.
8. Fikrət Yusifov - maliyyə naziri
1994-1999-ci illərdə maliyyə naziri vəzifəsində çalışıb. 2005-ci ilin oktyabrında qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum olub. 2006-cı ilin sonunda isə cəzası yüngülləşdirilib. 
9. Tofiq Qasımov - xarici işlər naziri
AXC İdarə Heyətinin üzvü olan T.Qasımov 1992-ci il Azərbaycanın xarici işlər naziri postuna təyin edilib.
Əslən Ağdaşın Ləki kəndindən olan T.Qasımov Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və SSRİ Elmlər Akademiyası Fizika-Texnika İnstitutunun (Sankt-Perterburq) aspiranturasını bitirib. 
Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi olan 1990-cı ildə Azərbaycan parlamentinin deputatı seçilib. 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.
Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçə mühacirət edib və hazırda bu ölkədə yaşayır.
T.Qasımovun hazırda elmi işlərlə məşğul olduğu bildirilir. Sabiq nazir Azərbaycan mediası ilə təmas qurmaqdan yayınaraq, bir dəfə buna ehtiyac duymadığını vurğulayıb.
10. İsgəndər Həmidov - daxili işlər naziri
Sabiq daxili işlər naziri olub (1992-ci il 16 may tarixindən 16 aprel 1993-cü il tarixə qədər)
1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. 
11. İxtiyar Şirinov - baş prokuror
Azərbaycan Respublikasının baş prokuroru olub.
1952-ci ildə Beyləqan rayonunda anadan olan İxtiyar Şirinov AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.
12. Nemət Pənahlı - Prezident Aparatında dövlət müşavirinin müşaviri
Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Prezident Aparatında dövlət müşavirinin şüçavirisək vəzifəyə gətirilsə də sonradan onu oyundan çıxardılar. Hazırda həbsdədir, dələduzluqda, xuliqanlıqda ittiham olunur.
13. Nicat Quliyev - xarici iqtisadi əlaqələr naziri
O, xarici iqtisadi əlaqələr naziri olub. 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.
14. Əli İnsanov - səhiyyə naziri
1946-cı ildə Ermənistanda anadan olub. 1993-2005-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən Milli Məclisin deputatı olub. 2005-ci ilin oktyabrında parlament seçikiləri ərəfəsində səhiyyə naziri vəzifəsində çalışarkən hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. Dövlət əmlakını mənimsəmə, rüşvətxorluq kimi ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum edilib.
15. Rauf Qarayev – xarici iqtisadi əlaqələr naziri
1958-ci ildə anadan olub. 1992-1993-cü illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsində çalışıb. 2000-ci ildə mətbuatda "neft işi” kimi izah edilən neft istehsalında külli miqdarda mənimsəmə ittihamı ilə 16 nəfərlə birlikdə həbs edilib. Əvvəlcə ona yeddi il həbs cəzası verilib. Sonradan cəza müddəti 4 ilə endirilib. 2001-ci ildə isə cəzasının üçdə-birini çəkdiyi üçün azadlığa buraxılıb.
16. Rafiq Feyzullayev – təhsil naziri
1989-1992-ci illərdə təhsil naziri vəzifəsində çalışıb. Dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edib. 2001-ci il iyunun 17-də Şuvələn qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib. 
17. Ədalət Əliyev – Azal Dövlət Hava Yolları Konserninin prezidenti
1948-ci ildə Yevlax rayonunda anadan olub. Birinci dərəcəli təyyarəçidir. 1992-ci ilin martında "Azal” Dövlət Hava Yolları Konserninin rəhbəri təyin edilib. 1997-ci ildə yanacaq alınması və tikinti işlərində yeyintilərdə, oğlunu Konsernin hesabınxa xarici ölkələr oxumağa göndərməkdə ittiham edilərək həbs edilib. 1998-də ittihamların bir çoxu üzrə bəraət verilib, amma səhlənkarlıq da günahlı bilinərək üç il müddətinə şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb. 
18. Eldar Salayev – Milli Elmlər Akademiyasının prezidenti
1933-cü ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademikdir. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olub. 
2005-ci ilin parlament seçkiləri ərəfəsində cinayətə hazırlıq, kütləvi iğtişaş törədilməsi, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama maddələri ilə təqsirləndirilərək həbs olunub. Ancaq səhhətində yaranan problemlərə görə bir qədər sonra haqqında həbs-qətimkan tədbiri dəyişdirilib.
19. Fikrət Sadıqov – «Azərkimya» Dövlət Şirkətinin rəhbəri
1940-cı ildə Naxçıcanda anadan olub. 1992-2005-ci illərdə "Azərkimya” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışıb. 2005-ci il parlament seçkiləri ərəfəsində külli miqdarda dövlət əmlakını talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə, korrupsiyada və dövlət çevrilişinə cəhdə ittiham olunaraq həbs edilib. Bir neçə ay sonra isə zaminə buraxılıb. 
20. Hafiz Hacıyev – "Azərbalıq” Dövlət Konserninin sədri
1956-cı ildə Ermənistanda anadan olub. 1992-93-cü illərdə "Azərbalıq” Dövlət Konserninin sədri olub. 1993-cü ildə qiyamçı Surət Hüseynovun göstərişinə əsasən Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunmuş, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib.
1999-cu ildə həbsdən azad olunub.
21. Arif Mansurov – Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri
1939-cu ildə Bakıda andan olub. Sovet dövründə bir sıra yüksək vəzifələrdə, o cümlədən, Tikinti Materialları Sənayesi nazir vəzifəsində çalışıb. 1992-1996-cı illərdə Ekologiya və Təbiətdən istifadəyə nəzarət Komitəsinin rəhbəri olub. 1997-cı ilin yanvarında də Rəhim Qazıyev və Arif Paşayevin MTN-dən qaçırılmasının təşkilində, bu barədə cinayəti bilib xəbər verməməkdə və qanunsuz silah saxlamaqda ittiham edilərək həbs olunub. Bir aya yaxın saxlandıqda sonra səhhətində problemlərə gorə beş il şərti cəza ilə azadlıqa buraxılıb.
Qeyd: Materialın hazırlanmasında azadlıq.org-un "Yüksək vəzifə kreslosundan müttəhimlər kürsüsünə atılan şəxslər" xəbərinə də istinad olunub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024