Karusel (22-09-2015, 16:13)
“Müşahidəçilərə lazımi şərait yaradılıb” – Oqtay Əsədov
Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok (müvəqqəti) komitəsinin ön heyəti ilə görüşüb.
Mediatv.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, O. Əsədov Azərbaycanda seçki prosesi, seçki qanunvericiliyi, seçki komissiyalarının tərkibi və digər məsələlərə dair ətraflı məlumat verib.
Milli Məclisin sədri Azərbaycanda demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri addımların atıldığını, prosesi izləyəcək müşahidəçilərin hamısına lazimi şəraitin yaradıldığını söyləyib.
Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok komitəsinin ön heyətinin rəhbəri Xordi Şukla səfər çərçivəsində çoxsaylı görüşlər keçirdiklərini, Azərbaycanda seçkiqabağı vəziyyətlə yaxından tanış olduqlarını deyib.