Karusel (2-06-2015, 22:26)
Saakaşvilinin məhkəməsi keçirilib- Tbilisidə
İyunun 2-də Tbilisidə keçmiş prezident Mixail Saakaşıvilinin və xüsusi dövlət mühafizə xidmətinin keçmiş rəisi Temur Djanaşvilinin vəzifə səlahiyyətlərini aşması və 9 milyon larini (4 milyon dollara yaxın) mənimsəməsi ilə bağlı qapalı məhkəmə prosesi başlayıb.
“Mediatvaz ın modern.az-a istinadən məlumatına görə, ittihamda qeyd edilir ki, Saakaşvili və onu müşayiət edənlər bu pulu Djanaşvilinin xüsusi maliyyə fondu vasitəsilə bütün səfərlər və tədbirlərə xərcləyiblər.
Bu məbləğin xeyli hissəsinin keçmiş dövlət başçısının şəxsi maraqları üçün xərcləndiyi də iddia olunur. Cinayət işində qeyd edilir ki, Saakaşvili dövlət hesabına Londonda 7 pencək və şal parçadan olan ümumi dəyəri 50 min dollar olan idman paltosu alıb. Sabiq prezidentin hətta dövlət büdcəsi hesabına Almaniyada tanınmış masajçı saxladığı, eləcə də restoranlarda minlərlə dollarlıq hesab verdiyi də iddia olunur.
Girov müqabilində azadlıqda olan Djanaşvili məhkəmə iclasından sonra bəyan edib ki, prokurorluq indiki baş nazir İrakli Qaribaşvilinin dövlət büdcəsini necə xərclədiyini açıqlamadan imtina edib: “Onun məlumatına görə, indiki baş nazir ötən il bir xarici səfəri zamanı 560 min lari (243 min dollar) xərcləyib.
Prezidentin xüsusi mühafizə xidmətinin keçmiş rəisinin fikrincə, istənilən dövlət başçısının xərcləri olsa da, yalnız buna görə Saakaşviliyə ittiham irəli sürülüb.
Vəkillər ABŞ prezidenti Barak Obamanın xərclədiyi pulun məbləğinin açıqlanmasını təklif ediblər. İttiham tərəfi bununla razılaşmayıb. Növbəti məhkəmə prosesi iyunun 15-nə təyin olunub.