Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-05-2015, 11:02)
İcra başçısı məcburi köçkünlərlə görüşdü

İcra başçısı məcburi köçkünlərlə görüşdü

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Sumqayıt şəhərində səyyar görüş keçirib. 

 

“Mediatv.az” xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, eyni zamanda Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimov iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev deyib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.  O, bildirib ki, cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin fasiləsiz işıq, su, qaz və yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər.  

Qazaxlar və Mirzənağılı kəndlərində məktəb fəaliyyət göstərir, 2015-ci ildə uşaq bağçasının olmasına işarə vuraraq,ə başlanacaq, Əhmədalılar kəndində isə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə  torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Daha sonra səyyar qəbulda Alı  Alıyev Sumqayıtda məskunlaşmış Füzuli rayon məcburi köçkünlərinin müraciətlərini dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. 

Qeyd edək ki, icra başçısı Sumqayıtdakı görüşündən sonra Müşviqabad, Mehdiabad və Bakıda yaşayan rayon sakinləri ilə görüşəcəyini qeyd edib. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024