Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (28-04-2015, 17:27)
“Siqaretə qarşı böyük bir kampaniyaya başlayacağıq”

“Siqaretə qarşı böyük bir kampaniyaya başlayacağıq”

“İlk olaraq onu bildirmək istəyirəm ki, Azərbaycanda idman, gənclər sahəsində həyata keçirilən islahatlar sürətlə gedir. Bu gün elə bir regionumuz yoxdur ki, orada Olimpiya Kompleksi olmasın”. 

 

"Mediatv.az" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fuad Muradov “Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deyib . 

O bildirib ki, regionda fəaliyyət göstərən olimpiya komplekslərində bir çox problem də mövcuddur. Fuad Muradov təklif edib ki, gələcəkdə həmin komplekslərin büdcədən maliyyələşməsi məsələsinə baxılmalıdır. 

“Orada olan şərait imkan verir ki, biz həmin yerlərdə regional səviyyədə tədbirlər həyata keçirək. Amcaq buna görə büdcə lazımdır”. 

Fuad Muradov sözügedən qanun layihəsinin 41.4 maddəsində nəzərdə tutulan kütləvi yerlərdə keçirilən idman tədbirlərinə qadağalar qoyulması məsələsinə də münasibət bildirib. Deputat qeyd edib ki, maddədə siqaret çəkmək, alkoqollu içkilərə qadağa qoyulması məsələsi öz əksini tapıb. 

“Mən bilirəm ki, bir çox qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlər var. Çox yaxşı olardı ki, biz bunları bir araya yığıb siqaretin qadağası ilə bağlı qanun qəbul edək. Bu gün gənc nəslə siqaretlə bağlı təsir edən çox ciddi problemlər var. Biz öz məsuliyyətimizi dərk edərək gələn həftədən gənclər təşkilatları ilə birlikdə siqaret əleyhinə böyük bir kampaniyaya başlayacağıq. Düşünürəm ki, Milli Məclisdə bundan kənarda qalmamalıdır”. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024