Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-03-2025, 15:05)
Lənkəran Dövlət Universiteti: buralar əsl BAZAR İMİŞ...

        
 Lənkəran Dövlət Universiteti: buralar əsl BAZAR İMİŞ...
Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri yeni tətbiq olunan imtahan və gecikmə sistemindən narazıdır. Onların iddialarına görə, bu sistem nəticəsində universitet rəhbərliyi tələbələrdən faktiki olaraq rəsmi şəkildə rüşvət yığır.

Məlumata görə, imtahanların çətinləşdirilməsi və alt qrup mexanizmi tələbələri əlavə ödəniş etməyə vadar edir. Hər il təxminən 10 min tələbə tədris mövsümünün sonunda universitetə yüksək məbləğdə pul ödəmək məcburiyyətində qalır.

Bundan başqa, universitet rəhbərliyinin tələbələrin problemlərinə laqeyd yanaşdığı bildirilir. Tələbələrin sözlərinə görə, LDU-nun prorektoru Zaur müəllim şikayətləri dinləməkdən imtina edir, dekan Gülbəniz Əliyeva isə bu ənənəni davam etdirir. Hətta tələbələrin müraciətlərinə laqeyd münasibət göstərildiyi və problemlərinin həll olunmadığı qeyd olunur.

Tələbələrin daha bir şikayəti isə universitetin infrastruktur problemləri ilə bağlıdır. Bildirilir ki, müəllimlər bahalı avtomobilləri ilə universitetə rahat daxil ola bildiyi halda, tələbələr üçün dayanacaq yeri belə mövcud deyil. Tələbələr bu məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, onların problemlərinə məhəl qoyulmur. Məlumata görə, dekan Gülbəniz Əliyeva tələbələrin şikayətlərinə cavab olaraq, “Taksi ilə gəlin, taksi ilə gedin” kimi laqeyd bir cavab verib.

editor.az

шаблоны для dle 11.2

Xəbər lenti
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025