Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-02-2025, 16:26)
"F.İ.P" MMC ilə ABB arasındakı "iş birliyinin " qurbanı Prezidentə müraciət etdi

 


Cəlilabad rayonu Novruzallı kənd sakini Məmmədov Ağayar Əyyar oğlu  Abşeron rayonunda yerləşən Villa Badam kompleksinin rəhbərliyi tərəfindən aldadıldığını iddia edir.Ağayar Məmmədov cənab Prezidentə müraciət edərək onun probleminin həll olunması üçün aidiyyatı qurumlara gösdəriş verməsini xahiş edir.O,müraciətində bildirir:
 Mən 2016 -cı ildə hərbi xidmətimi başa vurduqdan sonra işləmək məqsədilə Bakıda yaşayan qohumum Valehə müraciət etdim.O mənə  özünin də işlədiyi Villa Badam şirkətində fəhlə işi olduğunu bildirdi.Mən orada  aylıq 350 manat maaş müqabilində  fəhlə işləməyə başladım.
3 aydan sonra şirkətin direktoru Elena xanım məni və digər fəhlələri yanına çağırıb adımıza bankdan pul götürmək istədiyini bildirdi.Bizə maaşlarımızı verən ,şirkətin rəhbəri Fikrət müəllimin qardaşı oğlu Tərxan bizə təkidlə bu işdə onlara kömək etməyə razılıq verməyimizi xahiş etdi.
O bizə dedi ki sizə heç bir problem olmayacaq.Biz şirkətin mənzillərini banka qoyub sizin adınıza pul götürəcəyik.Sonra şirkətə məxsus mənzilləri satıb qısa müddətdə bankı bağlayacağıq.Bizə  heç bir problem olmayacağını bildirdi.
2016 -cı il avqustun 4-də  Elena xanımla Tərxan qohumum Valehlə məni banka apardı.Hazır sənədlərə qol çəkdirib  geri qayıtdıq.
2017 ci ilin fevral ayında məni işdən çıxardılar.
Dedilər ki bankdan adına götürdüyümüz pulu ödəmişik.
Mən kəndə qayıtdım.
2022 ci il yanvarın 4 də mənə məlum oldu ki,problem həll olunmamış qalır.
Mən Tərxana zəng vurub vəziyyəti dedim.
O bir az gecikməmiz olub deyə məsələni həll edəcəyinə söz verdi.
Sonra məni Şəhərə gəlməyimi bildirdi.
Mən şirkətə gedib rəhbərliyə bildirdim ki, mənim adımı bankdan çıxarın.
Onlar  məni notariusda adıma götürdükləri pula görə girov qoyduqları evdən imtina etməli olğuğumu bildirdilər.Yalnız bu halda mənim adımı bankdan çıxara biləcəklərini dedilər və onlar məni notariusa gətirib mənzildən imtina etməyim haqda  sənədi aldılar.
Mənə arxayın olub gedə bilərsən dedilər.
Bankdan mənə bildirdilər ki,problem həll olunmamış qalır.
Yenə şirkətlə əlaqə saxlayıb vəziyyəti onlara dedim .Onlar mənə narahat olmamağımı və bankdan adımı çıxartdıqlarını  bildirdilər.
Bir müddətdən sonra telefonuma bankdan bildirişlər gəldi.
Mən artıq şirkət tərəfindən aldadıldığıma əmin oldum.
Dəfələrlə şirkət rəhbərliyindən mənə yaratdıqları problemi həll etmələrini tələb etsəm də hər dəfə müxtəlif bəhanələr gətirərək məni aldadırlar.
Cənab Prezident , ümidim sizədir.Xahiş edirəm aidiyyatı qurumlara mənə kömək etməyə göstəriş verəsiniz.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025