Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-02-2025, 10:12)
İcra hakimiyyəti sahibkara niyə zülm edir? - VİDEO

Astara rayon sakini Fariz adlı iş adamı iddia edir ki, Lənkəran rayonu Parakənd kəndində istixana qurub.Ölkədə maddi bolluq yaratmaq  və yeni iş yerii açmaq isdəyən  sahibkara icra hakimiyyəti maneəçilik törədir.Onun istixanasını İcra Hakimiyyətinin və FHN-nin Lənkaran rayon şöbəsinin rəisi Ağababa adlı şəxsin göstərişi ilə dağıdıblar. Vətəndaş iddia edir ki, Lənkəran Rayon İcra Hakimiyyətinin baş memarı Mahir Axundov ondan 40 min manat rüşvət istəyib. Vermədiyinə görə də ona qarşı qərəzli münasibət göstərilib.

Şİkayətçi sosial şəbəkələrdə yaydığı müraciətində ölkə rəhbərindən kömək isdəməklə bərabər bildirib ki, ərazi ilə bağlı məhkəməyə mürciət edilib. Lakin məhkəmə qərarını gözləmədən Lənkəran İcra Hakimiyyəti xüsusi texnika yollayaraq iş adamına məxsus istixananı dağıdıb.10 nəfərdən artıq isdixanada işdəyən kənd sakini də işsiz qalıb.Söküntidə fəallıq edən əsas şəxslərdən biri  də FHN-nin Lənkaran rayon şöbəsinin rəisi Ağababa adlı şəxsdir.Nəticədə iş adamına ciddi maddi ziyan dəyib.Dövlətə meydan oxuyan və qanunlarımızı heçə sayan bu şəxslər görəsən kimə güvənir? Yeri gəlmişkən vətəndaş iddia edir ki, əlində ərazinin ona məxsus olduğunu sübut edən mülkiyyət sənədi ("kupça") var.Torpaq kənd təsərrüfatı təyinatlıdir.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Astara sakini olan iş adamının sosial şəbəkələrdə yayılan video müraciətini təqdim edirik:
 Mediatv.az

Parakənd kəndində qeyri-yaşayış sahəsinin söküntüsü barədə açıqlama Lənkaran şəhər İcra Hakimiyyətindən açıqlama
Lənkəran Şəhər İcra Hakimiyyəti rayonun inzibati  ərazisində qanunsuz tikintilərin qarşısının alınması məqsədilə mütəmadi monitorinqləri davam etdirir. Növbəti  monitorinq zamanı Lənkəran rayonunun Parakənd kəndində Astara rayon sakini İnətullayev Fariz Cəbrayıl oğlu tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən sahəsi ən çoxu 300 kvadrat metr olan istixanaların tikintisinə icazə tələb olunmadığı halda,  vətəndaş tərəfindən müvafiq icazə alınmadan təxminən 5000 kv.m ölçüdə istixana obyekti inşa edildiyi aşkarlanmışdır.
         Məsələ ilə əlaqədar aidiyyəti üzrə tədbirlər görülməsinə göstəriş verilməsindən ötrü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi məktub göndərilmişdir. Agentlik tərəfindən 21 yanvar 2025-ci il tarixdə 0002 nömrəli qərarla "Tikinti obyektinin sökülməsi barədə" Qərar qəbul edilərək  qərarın icrasına başlanılmışdır.  
         Bundan başqa, şəhər İcra hakimiyyəti tərəfindən F.İnətullayevə rəsmi olaraq  "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 30.05.2023-cü il tarixli 889-VIQD nömrəli Qanununa əsasən 01.01.2024-cü il tarixindən etibarən resbuplika ərazisində tikintiyə və istismara icazə verilməsi, eləcə də məlumatlandırma icraatı üzrə sənədləşmə işləri elektron informasiya resursu (e-tikinti.gov.az) vasitəsilə elektron qaydada həyata keçirildiyi bildirilmişdir. Lakin vətəndaş tərəfindən sözügedən informasiya resursu portalına heç bir müraciət daxil olmamışdır.
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025