Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Dünən, 12:59)
İcra başçısının müavini oğlunu öz yerinə gətirtmək istəyir? - İddia

          
İcra başçısının müavini oğlunu öz yerinə gətirtmək istəyir? - İddia
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova yerinə "varis" hazırlayır.

Qlobal.az-ın əldə etdiyi məlumata görə uzun illərdir icra başçısının müavini vəzifəsində çalışan Sevil Əhmədova yaxın zamanlarda təqaüdə çıxacaq. Onun oğlunu öz yerinə təyin etdirəcəyi barədə iddialar səslənir.

Məlumata görə S.Əhmədova bu məqsədinə qismən nail olub.

Belə ki, ötən ilin iyul ayında Sevil Əhmədovanın oğlu Fərid Əhmədov İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Xanagah kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Onun bir müddət sonra rayon İcra hakimiyyətinə vəzifəyə gətiriləcəyi vurğulanır.

Qeyd edək ki, Sevil Əhmədova bir neçə il öncə Gülalı Nuralıyev adlı sahibkarın inşa etdirdiyi "Şarm" gözəllik salonunun açılışında rəsmən iştirak etdiyinə görə medianın gündəminə gəlmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Haqqında Qanunun 7.1-ci maddəsinə əsasən vəzifəli şəxslərin yaxın qohumları seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Qlobal.az məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilməyib.

Cahandar Laçınlı

шаблоны для dle 11.2

Xəbər lenti
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
30 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025
29 01 2025