Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (12-12-2024, 14:14)
Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı

bitmap-img6

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN - 2000043631) ilə 2 milyon 203 min manat dəyərində satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə, “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında yeni dərslik və metodik vəsaitləri hazırlaycaq.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.
“Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Mehdiyev Ramiz Teymur oğluna, 0,81%-i Məmmədov Tariq Qurban oğluna məxsusdur.
Onu da bildirək ki, daha əvvəl Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarında göstərilib ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.
Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024