Karusel (11-12-2024, 19:47)
“Gemza Group” rəhbəri Zamiq Əliyev ölkədən nə qədər valyuta çıxarıb?
“Gemza Group” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.
XALQ.AZ-ın məlumatına görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Gemza Group” Azərbaycanda, bəzi Orta Asiya ölkələri, BƏƏ və Türkiyədə avadanlıq (nasoslar və klapanlar) tədarükü, ehtiyat hissələri istehsalı və təmir, texniki xidmət və əsaslı təmir xidmətləri göstərən şirkətdir. Bununla yanaşı şirkət 20220-ci ilin sonunda anbar biznesinə də girərək gəlir mənbələrini şaxələndirməyə başlayıb. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 5,6 milyon avroya qədər yüksək təminatlı kredit alıb. Həmin kredit sahəsi 24 min kvadratmetr olan üç müasir və enerjiyə qənaət edən quru anbarın tikintisi üçün ayrılıb. Layihənin ümumi dəyəri 19,1 milyon avro təşkil edib. EBRD 2021-ci ilin sonunda da “Gemza Group”a 8 milyon avro məbləğində kredit ayırmışdı.
Məlumat verir ki,2023-cü ilin mayında isə Baş Prokurorluq “Gemza Group”un vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edildiyi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığı və cinayət işi açıldığı barədə məlumat yayıb.
Məlumat üçün onu da bildirək ki, “Gemza Group” bir neçə gün əvvəl neft-qaz seqmenti üçün xüsusi kimyəvi maddələrin tədarükü üzrə ixtisaslaşmış “Novochem-Azerbaijan”ı da alıb.
Qeyd edək ki, “Gemza Group” rəhbəri Zamiq Əliyevdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024