Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (2-06-2023, 09:03)
FHN-nin sifarişi ilə Goranboyda ev tikən şirkət kimindir?

FHN-nin sifarişi ilə Goranboyda ev tikən şirkət kimindir?
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Goranboy rayonunun Aşağı Ağcakənd kəndində iki ədəd 2 otaqlı fərdi yaşayış evlərinin tikintisi və 3 ədəd fərdi yaşayış evilərinin təmir işləri ilə bağlı tenderə yekun vurub.Mediatv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi "Construction Business Group” MMC olub. Tenderlərin şərtlərindən məlum olur ki, FHN-nin adıçəkilən qurumu tikinti və təmir işlərinə 146 639,31 AZN xərcləyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Construction Business Group” MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Yusif Səfa oğludur.

"Construction Business Group” MMC tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. Ötən il şirkət Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəbələ Şəhər Ərazi Nümayəndəliyi ilə maliyyə dəyəri 79 930,05, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı Şəhər Ərazi Nümayəndəliyi ilə 90.899,02 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə təmir işləri nəzərdə tutulub.

Şirkət 100 manat nizamnamə kapitalı ilə təsis edilib. Sonradan nizamnamə kapitalı artırılaraq 1120 manata çatdırılıb. Yeri gəlmişkən, Yusif Axundov MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. O, bundan əvvəl "Akkord” şirkətində çalışıb.

"Consturction Business Group” MMC-nin təsisçisi Elmir Babayevdir.

Onun haqqında açıq mənblərdə heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, Elmir Babayev də bundan əvvəl "Akkord” işləyib. O, şirkətin Biznes İnkişaf Şöbəsinin müdiri olub. Onunla şirkət arasında mübahisə yarandığına görə oradan uzaqlaşıb. Hətta "Akkord”un onu məhkəməyə verdiyi barədə iddialar da var. Bu barədə yerli mediada məlumat gedib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024