Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (8-10-2024, 12:02)
`Azenerji` şefinin durumu GƏRGİN FAZADA...

`Azenerji` şefinin durumu GƏRGİN FAZADA...
Xəbər verildiyi kimi“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq, müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət verilib.

Məsələ ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qurum rəhbərinin şiddətli töhmət almasına səbəb xaricə ixrac edilən qazın həcminin azalması ola bilər: “Çox güman ki, burada "Azərenerji" tərəfindən Nazirlər Kabinetinin normativ hüquqi aktlarının pozulmasından söhbət gedir. Çünki Azərbaycanın Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələri qarşısında qaz ixrac etmək öhdəlikləri var. Son zamanlar Azərbaycan hökumətinin də əsas fəaliyyət istiqamətlərindən biri ondan ibarətdir ki, ölkə daxilində elektrik enerjisinin istehsalında alternativ mənbələrdən daha çox istifadə olunsun, təbii qazın elektrik enerjisinə çevrilməsinə daha az təbii qaz sərf olunsun. Çünki elektrik enerjisi sahəsində qənaət edilən qazın həcminin artması xarici bazarlara daha çox qazın satılmasına imkan verir.

Yəqin ki, "Azərenerji" həmin normativ aktlara baxmayaraq, daha çox təbii qaz vasitəsilə elektrik enerjisi istehsal edib və bunun satışını həyata keçirib. Bu isə təbii qazın xarici bazarlara çıxarılmasında müəyyən azalmalara səbəb olub. Çox güman ki, bu şiddətli töhmətin altında yatan əsas səbəb budur".

Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev isə TNS-ə deyib ki, "Azərenerji" rəhbərinin məsuliyyətə cəb olunması mümkündür: “Ona təbii qazdan istifadə zamanı israfçılığa yol verdiyinə görə şiddətli töhmət elan olunub. Azərbaycanın xarici bazarlara qaz ixracının həcminin azalması ölkənin enerji balansına və ixrac strategiyasına mənfi təsir göstərə bilər. Bu vəziyyətin "Azərenerji" ASC-nin illik qaz istehlakı ilə birbaşa əlaqəsi varsa, şirkətin daxilində olan israfçılıq və ya qeyri-səmərəli istifadənin Azərbaycandan xarici bazara ixrac edilə biləcək qazın miqdarının azalmasına səbəb olması mümkündür.

Balababa Rzayev bu məsələ ilə bağlı məsuliyyətə cəlb oluna bilər. İstintaq və ya rəsmi araşdırmalar nəticəsində onun rəhbərliyi altında israfçılıq və ya resurslardan səmərəsiz istifadə faktları aşkar edilərsə, bu, mümkündür. Dövlət səviyyəsindəki strateji resurslar, o cümlədən qaz kimi enerji mənbələrinin səmərəli idarə olunması yüksək prioritetdir. Belə pozuntuların məsul şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnməsi adi bir haldır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024