Karusel (8-10-2024, 11:50)
Elşad Həsənov çoxillik ağacları restorana qurban verdi...
Xəbər verdiyimiz kimi, Yasamal rayonu Həsən Məcidov 5 ünvanında 12 ədəd çoxillik ağac kəsilib.
Pravda.az-ın bununla bağlı oktyabrın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilmişdi ki, sözügedən ünvan Həsən Məcidov 119-dur və ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı sözügedən ünvanda müxtəlif cinsli ağacların kəsildiyi müəyyən edilib, yaşıllıqlara dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Nazirlik eyni zamanda qeyd etmişdi ki, kəsilmiş ağacların əvəzinə yeni ağacların əkilməsi məqsədilə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.
Pravda.az məsələ ilə bağlı hər hansı tədbir görülüb-görülmədiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Mətin Hüseynova sorğu ünvanlayıb.
Lakin heç bir mövqe bildirilməyib.
Qeyd: Ərazi sakinləri saytımıza müraciətlərində kəsilən ağacların yerində restoran tikiləcəyini deyiblər.
Mövzunu diqqətdə saxlayacağıq.
Dia-az.Media xatırladır ki, əslində BŞİH tərəfindən Yasamal RİH-ə dəfələrlə xəbərdarlıq olunub. Və həm də bu kimi məsələrlə bağlı. Hətta şəxsən Bakı meri Eldar Əzizov belə toplantılarda Yasamal RİH-ə iradlarını sərt formada çatdırıb. Görünəni odur ki, hansısa himayədarları Elşad Həsənovu təkcə möhkəmcə müdafiə etmir... həm də onun ƏLİBALTALI fəaliyyəinə də rəvac verməkdədir. Özü də COP29 kimi mühüm bir tədbir ərəfəsində...
VİDEO BURADA - tıkla bax...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024