Karusel (30-08-2024, 16:30)
ƏMİSİNİN GÜL BALASI hakimiyyəti ATƏT-in hədəfinə çevirir...
2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun məmur qohumları müxtəlif formalarda seçkilərə müdaxilə edərək, Seçki Məcəlləsinin tələblərini pozurlar. Dia-az.İnfo xatırladır ki, bununla bağlı keçən günlərdə məlumat paylaşaraq konkret faktları da təqdim etdik.
Qeyd edək ki, sözügedən informasiyanın qaynağı ol Tribunainfo.az portalı sonradan məsələ ilə bağlı müəyyən aradşrımalar da apardı. Bu barədə az sonra...
Yenidən məsələnin mahiyyətinə gələk. Naxçıvandakı mənbələrin bildirdiyinə görə, Siyavuş Novruzovun zamanında müxtəlif dövlət qurumlarına yerləşdiriyi qohumları seçki prosesinə müdaxilə edirlər: “S.Novruzovun qardaşı oğlu, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov dövlət qulluqçusu kimi bitərəf qalmalı olduğu halda, sosial şəbəkələrdə açıq formada əmisinin təbliğatını aparır.
Eyni zamanda Gənclər və İdman nazirliyindəki qulluq mövqeyindən istifadə edərək Naxçıvan MR Gənclər və İdman nazirliyinə əmisinə inzibati yollarla dəstək verilməsi üçün təzyiq edir”.
Naxçıvandakı mənbələr qeyd edir ki, bir qrup namizəd və sakin Nəcəf Novruzovun qanunsuz əməlləri ilə bağlı Gənclər və İdman naziri Fərid Qayıbova şikayət etməyə hazırlaşır.
Dia-az.İnfo qeyd edir ki, Tribunainfo.az saytı qanun pozuntusu ilə bağlı həmin şəxslərin cəzalandırılıb – cəzalandırılmadığını dəqiqləşdirmək üçün Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyevlə əlaqə saxlayıb. Lakin o, bu faktlara susqunluq nümayiş etdirərək münasibət bildirməyib.
Hər halda, ortada bir qanun pozuntusu var və yəqin ki, bu faktlar həm də Azərbaycanda seçki prosesini izləyən beynəlxalq qurum və təşkilatların da nəzərini cəlb edib. Bununla bağlı Dia-az.İnfo olaraq əldə etdiyimiz xəbərdə deyilir ki, neçə müddətdir ki, Azərbaycanda seçkiqabağı prosesi az qala lupa ilə izləyən ATƏT-in Bakı ofisi baş vermiş insidenti təsbit etməklə yanaşı, Siyavuş Novruzovun rəqiblərinin də mövqeyini öyrənməyə çalışıb.
Görünəni odur ki, əmisinin gül balası olan Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. Hər halda, rəsmi Bakı hətta Siyavuş Novruzov üçün hansısa beynəlxalq təşkilatın heç də gərək olmayan bir iradını nə qəbul edəsi, nə də həzm edəsi deyil...
Odur ki, vəziyyəti bu şəkilə çatdıran tərəf olan Nəcəf Novruzovun erkən cəzalanması burada yeganə çıxış yolu kimi görünür. Yəni Nəcəf Novruzov rəsmi Bakıya qarşı ATƏT-in əlində alət olana qədər tədbirlər görülməlidir...
Məsələ diqqətimizdədir...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024