Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (14-08-2024, 19:58)
Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi..

 

Milli Məclisin qocaman üzvlərindən olan Səttar Möhbalıyev millət vəkili kreslosundan əl çəkmək istəmir. O bu dəfə də deputat olmaq istəyir. Rəsmi məlumata əsasən, Möhbalıyev bitərəf şəxs kimi 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verib və onun namizədliyi qeydə alınıb.

S.Möhbalıyev yenidən millət vəkili seçilərsə, onun deputatlıq fəaliyyəti 30 ilə çatacaq.

İlk dəfə 2000-ci ildə deputat olan Möhbalıyev 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən seçkilərdə parlamentə düşə bilib. Artıq 24 ildir ki, deputat olan S.Möhbalıyev ahıl yaşını millət vəkili kimi qarşılamağı arzulayır.

S.Möhbalıyev müsbət imici olmayan şəxslərdən biridir. O, uzun müddətdir ki, bir neçə postu tutur və siyasi, ictimai fəaliyyəti əsasən mənfi cəhətlərinə görə yadda qalıb.

Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 2010-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.

Həmkarlar təşkilatlarının əsas məqsədi işləyənlərin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması olsa da, qocaman millət vəkilinin bu istiqamətdə təsirli fəaliyyəti görünmür. Mehbalıyev heç vaxt müxtəlif sahələr üzrə müstəqil həmkarlar təşkilatının yaranmasına da imkan verməyib.

Milli Məclisin iclaslarında da kifayət qədər passiv olan Möhbalıyev hətta onun peşə fəaliyyətinə aid olan məsələlərin müzakirəsi zamanı da susmağı üstün tutur.

S.Möhbalıyevin millət vəkili, konfederasiya rəhbəri postlarından bərk-bərk yapışmasının əslində başqa məqsədləri var. Bu postlar Möhbalıyevin, onun ailəsinin biznes imkanlarının genişləndirilməsinə himayədarlıq edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası böyük maddi texniki bazası, iri maliyyə vəsaitləri olan təşkilatlardandır. Qurumun balansında çoxlu sayda istirahət, idman və əyləncə qurğuları mövcuddur. Möhbalıyevin adı bu qurğuların bəzilərinin satılması işində hallanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə araşdırması göstərir ki, Möhbalıyevin rəhbərlik etdiyi konfederasiya Gəncə, Göygöl və başqa yerlərdə olan stadionlarını öz mülkü kimi satıb. S.Möhbalıyevin adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir.

Stadionun ərazisini satmaq adı ilə dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov 2 ilə yaxındır ki, həbsdədirlər. İddia olunur ki, onlar bina tikintisi ilə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi 900 min manat pul alınıb.

Nadir Əliyev isə istintaqa ifadəsində günahkar olmadığını iddia edir. O hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Möhbalıyevin də adını çəkib, prosesə onun rəhbərlik etdiyini bildirib. Bu işlərlə bağlı məhkəmə prosesi davam edir. Digər bir iddiaya əsasən konfederasiya rəhbəri həmkarlara məxsus mülklərin ərazisini müxtəlif yollarla özəlləşdirməklə çoxmərtəbəli binaların inşasını həyata keçirir. Onun artıq xeyli müddətdir ki, tikinti biznesinə böyük sərmayə qoyduğu bildirilir. Biznes fəaliyyəti isə sadəcə Azərbaycanla məhdudlaşmayıb. Konfederasiya rəhbəri ailə üzvlərinin adına Türkiyədə yaratdığı və nizamnamə kapitalı 250 min dollar olan şirkət vasitəsilə qardaş ölkədə biznesini genişləndirib.
Möhbalıyevin qızının Türkiyədə bahalı villa alması da xaricə qoyulan “investisiya”lardan biridir.

S.Möhbalıyevin rəhbərlik etdiyi həmkarlar təşkilatı faktiki ailə təşkilatına çevrilib. Sədrin ailə üzvlərinin təşkilatda mühüm mövqeləri tutması bunun sübutudur. Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir.
Möhbalıyevin biznes və siyasi imkanlarının genişlənməsində Əli Həsənovla quda olması da mühüm rol oynayıb. Ə.Həsənovla qohumluqdan sonra onun xüsusən tikinti biznesinin xeyli böyüdüyü görünüb.

Son illərdə adı korrupsiya faktlarında daha tez-tez çəkilən, siyasi fəaliyyəti görünməyən Möhbalıyev kimi şəxslərin yenidən millət vəkili olması ehtimalı təəssüf doğurur. Belə şəxslərin əvəzinə aktiv, reputasiyası yüksək olan insanların Milli Məclisdə xalqı təmsil etməsi daha yaxşı olardı.

Sfera.az

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024