Karusel (5-04-2024, 08:38)
Milyard xərclənən "Azərkosmos" da "zərər"lə işləyir...
Bir neçə il əvvəl “Azərkosmos” Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə üçüncü peykini buraxanda necə sözlər vədlər verilirdi. Bildirilirdi ki, peykin dəyəri 190 milyon dollardır, amma bu, azı 400 milyon dollar gəlir gətirəcək. Buna qədər kosmosa daha iki peyk göndərilmişdi. Ümumi xərc 600 milyon dollara çatırdı. “Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək”, - “Azərkosmos” 2018-ci ildə üçüncü peykin orbitə yola düşməsindən sonra belə açıqlama vermişdi. Bəs nə oldu? Xeyir bir tərəfə qalsın, qurum zərərlə işləməyə başladı.
Bizimyol.info xəbər verir ki, “Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik 45 ölkəyə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edildiyini xüsusi vurğulayır. Amma geriləməni gizlətmək olmur. Gəlir təxminən 600 min dollar azalıb.
Hələ 2018-ci ilin sonlarında məlum olmuşdu ki, “Azərkosmos” xirtdəyə qədər zərərin içindədir. Ümumi ziyan 300 milyon manatı keçmişdi. 2017-ci ildə kosmik agentlik 80 milyondan çox zərərlə gül vurmuşdu. Sonrakı illərdə də tendensiya davam etdi.
Keçən il də “Azərkosmos”dan yaxşı xəbərlər gəlməmişdi. Qurumun gəlirlərinin 10 dəfə azaldığı elan olunmuşdu. Maliyyə hesabatının açıqlanması məyusluq yaratmışdı.
Kosmik sənayenin yaradılması pis təşəbbüs deyil. Bəs hansı ölkədə?
Azərbaycanda əhalinin sosial təminatı düz-əməlli təşkil edilməyib. İşləyən kəsimin yarısı ayda 460 manatdan az qazanır. Minimum əməkhaqqının məbləği ürək ağrıdır. Amma biz pulları havaya sovururuq. “Azərkosmos”a indiyə qədər milyard manatdan çox vəsait xərclənib. Rəqəmlər yalnız məyusluq yaradır.
Bir qurum nə qədər zərərlə işləyə bilər?! Bizə kosmosa peyk göndərmək yaraşırmı? Yerdə hər şey qaydasındadırmı ki, göylə əlləşirik?
Adamın həmin pullara çox heyfi gəlir. Bu ölkədə dağıdılan vəsaitlərlə o qədər gözəl işlər görmək olardı ki! Təəssüf, neft pulları Azərbaycan üçün tarixi imkan yaratmışdı və biz bunu boşa verdik
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024