Karusel / Slayd (13-03-2024, 09:06)
AMEA-nın ABSURD İNKİŞAF metodu..
2018-ci ildə dilimizi etibardan salmağa hədəflənmiş orfoqrafiya dəyişikliyini sərt tənqid etdiyim üçün akademik şəbəkə üzərimə yeridi, hətta o zaman yüksək vəzifədə olan dəstə üzvləri vasitəsilə mənə təzyiqlər olundu. Uşaqların son çörəkpulundan məhrum edilməsi ilə hədələndim. Həmin kəslər indi vəzifədə olmadıqları üçün adlarını çəkib ürəyinizi bulandırmaq istəmirəm.
Akademşəbəkə və hamiləri kollektiv hücumla məni əldən saldıqdan sonra avtoritet mövqeyinə seçdikləri vitse-prezident (2018) İsa Həbibbəylinin hüzuruna getməyimi tələb etdilər. Mənəvi-psixoloji basqılardan və uzun illər haqsızlıqlara dözmək nəticəsində gücdən düşmüş cüssəmi möhtərəmlər möhtərəmi İsa Həbibbəylinin qəbuluna sürüdüm. Cənabi-möhtərəm tövrünü pozmadan dedi: - "Sən istəmirsən ki, dilimiz inkişaf etsin?". Cavab verməyə heyimin olmadığını görüb əlavə etdi: "Bax, sözlərin yazılışını ona görə dəyişirik ki, dil inkişaf etsin!". Sanki adama acıq verirdi. İsa müəllimin ixtisaslaşmış acıq vermə bacarıqları da var axı! Dəhşət olsa da, gerçəkliyimizdir.
İndi üstündən düz 6 il keçir. Bu gün xəbərlərdən oxuyuram: "AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması məqsədilə elan olunmuş müsabiqə ilə bağlı müşavirə keçirib." Cənab deyib ki, Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması alimlərin elmi fəaliyyətinin inkişafına xidmət edəcək (?!!!).
Sən demə, emblemi dəyişəndə inkişaf baş verirmiş!!!
Doğrudanmı, elmin taleyinin tapşırıldığı şəxs inkişafı hərf dəyişməkdə, yaxud bir şeyin qabarıq bəzəyini dəyişməkdə görür?!
İsa müəllim, bu gün dünya elmi antroposentrizm üzərində təkid etdiyi halda siz emblemasentrizmlə (loqotip, yaxud bəzək dəyişməklə) insan amilinə zidd davrandığınızn fərqindəsinizmi? Niyə real faydalı işlər görmək istəmirsiniz? Axı siz akademiksiniz! Akademikin duaya-caduya inandıran ruhanidən fərqi olmalıdır, ya yox?!
XXI əsr Azərbaycan alimizmi və akademizmi XIX əsrin ruhanilərindən 21 dəfə daha çox ziyanlıdır. Dövlət və xalq olaraq bunun acı nəticələrini, acı da olsa, görəcəyik. Çox təəssüf...
İdris Abbasov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri,
filologiya elmləri doktoru - dia-az.info
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024