Karusel (12-03-2024, 14:31)
Direktorun səs yazısı yayıldı... - “60 manatla gəlmisən?!”
Xəbər verdiyimiz kimi, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev tutduğu vəzifədən azad edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müvafiq qərar qəbul edilib.
Yenisabah.az məsələ ilə bağlı maraqlı məlumatlar əldə edib. Kollecin əməkdaşlarından biri saytımıza bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə paralel olaraq Göyçay rayon prokurorluğu və Maliyyə Nazirliyi də bir neçə aydır ki, kollecin fəaliyyətini yoxlayır. Aparılan yoxlamalar nəticəsində cinayət əməli kimi qiymətləndirilə biləcək çoxlu sayda qanunsuzluq aşkarlanıb.
Bura dövlət vəsaitini mənimsəmədən tutmuş, tələbələrdən rüşvət almağa kimi bir çox hallar daxildir.
Maliyyə Nazirliyinin apardığı araşdırma zamanı məlum olub ki, kollecə məxsus olan avadanlığın çoxu yararsız vəziyyətdədir. Buna baxmayaraq, vaxtaşırı onlar üçün avadanlıqlar və yanacaq alınıb. İşləməyən texnika üçün alınan yanacağa ayrılan vəsaitin bir neçə min manat dəyərində olduğu bildirilir. Məlumatlara görə, bu faktlar prokurorluq orqanlarının diqqətindən yayınmadığı üçün hüquqi müstəvi araşdırma davam etdirilir.
Aparılan araşdırmalar nəticəsində direktor Şahin Əliyevdən, əyani şöbənin müdiri Kamilə Həmidova və qiyabi şöbənin müdiri Gülbəyim Həsənovadan da izahat alındığı bildirilir.
Rüşvət qalmaqalı ilə bağlı “Yeni Sabah”a audioyazı daxil olub. Audioyazıda Şahin Əliyevin kollecin direktoru olarkən uzaq rayondan gələn tələbədən rüşvət istədiyi, onun isə tələb olunan məbləği verə bilməyəcəyini dediyi iddia edilir. Məlum olur ki, tələbənin cəmi 20 manat verməyə imkanı çatır. Direktor isə bununla razılaşmır. Deyir ki, gediş-gəliş xərcin 40 manat edir. Belə çıxır ki, Göyçaya 60 manatla gəlmisən... Tələbə isə evdən çıxarkən üzərində cəmi 50 manat olduğunu iddia edir.
Sözügedən audioyazını və kollecin balansında olan texnikanın mövcud durumunu əks etdirən fotoları təqdim edirik:
videoya baxmaq üçün bura tıkla...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024