Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (1-02-2024, 09:00)
Elman Rüstəmovun şübhəli işbirliyi - “Premium Bank”la...

 


"Dünən Mərkəzi Bankın sədri deyib ki, “Premium Bank”ın gəliri az olan vətəndaşa 2,5 mln manat məbləğində istehlak krediti verməsində problem görmür. Əslində, orada bir yox, bir neçə böyük problem var. Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda məsələ ilə bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verib, halbuki 2013-cü ildə verilib və s.). Odur ki, məsələ ilə bağlı mənə hələlik məlum olanı bəyan edirəm". Dia-az.info xəbər verir ki, bunu tanınmış vəkil, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov yazıb.
Ekspert daha sonra bildirib: "Deməli, 2010-cu ildə Nizami Kərimov adlı vətəndaş tikilən binada «Aqana Servis» şirkətindən qeyri-yaşayış sahəsi alıb (hazırda həmin sahə “Metropol” restoranı kimi fəaliyyət göstərir). Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə “Premum Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2,5 mln manat məbləğində kredit götürüb. Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib.
Hər bir halda ortada olan odur ki, “Premum Bank” Mərkəzi Bankdan 5,25%-lə 2,5 mln manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi “maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən “təyinat” amorfdur. Kredit müddəti ərzində də Nağıyev yalnız faizləri ödəməli imiş, əsas borcu isə sonda. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, “Premum Bank” isə 4,7%-ə endirərək (???) müddəti uzadıblar.
Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, “Premum Bank”-ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər. Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: “Premum Bank” və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur.
İndi isə qayıdaq bu kreditin niyə qanunsuz olması məsələsinə. Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi “Banklarda kreditlərin verilməsi Qaydaları” qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən “Premum Bank” kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi. Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Niyə? Çünki qorxur. Qanunsuz, qeyri-sağlam kredit verdiyini bilir. Kreditin məqsədi yoxdur, borcalanın gəliri haqda sənəd yoxdur, monitorinq aparılmayıb və s. və i.a.
Bəlkə kimsə deyəcək ki, nə olsun, gəliri yoxdur, amma o boyda girovu var (başqasına mənsub olaraq qanunsuz girov qoyulsa da)?! Xeyr, bu arqument yanlışdır! Qaydaların 4.1.7-ci bəndində deyilir: “Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır.”
Beləliklə, Mərkəzi Bank və “Premium Bank” qanunsuz, qeyri-sağlam kredit veriblər. Əmlakın da başqa şəxsə mənsub olduğunu biliblər. Buna görə də vicdansızdırlar!
Buna görə də Mərkəzi Bankın indiki rəhbərliyi belə krediti problem saymaya bilməz. Əks halda, Elman Rüstəmovdan miras qalan bank sistemimizdə “Muğan Bank” kimi fəlakətli müflisləşmələr hələ çox olacaq. Belə banklara qarşı tədbir görülməlidir!
P.S. O ki qaldı bu kredit üzrə işə, mətbuatı 13 fevral saat 12.00-da Yasamal rayon məhkəməsinə dəvət edirəm. Hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə bu kredit üzrə işə baxılacaq. Orada hər şeyi eşidəcək və görəcəksiniz. Artıqlaması ilə. O cümlədən özünüz görəcəksiniz ki, “Premium Bank”ın nümayəndəsi kredit üzrə sənədləri gətirməkdən necə qorxur. Normal kredit vermisənsə, nədən qorxur, niyə sənədləri gətirmirsən axı?..
P.P.S. Əslində, Elman Rüstəmovun bu cür biznes şəriklikləri və verdiyi qanunsuz kreditlər çoxdur (tədricən yazacağam). Dilənçi kimi ondan kredit istəyənə özünü şərik kimi sırıyırdı. Nəticədə çoxsaylı zərərçəkənlər var. Onlara müraciət edirəm. Çəkinməyin! Birləşin! Rüstəmovun iç üzünü açın! Haqqınızı tələb edin! Bununla həm özünüzə, həm cəmiyyətimizə, həm də Mərkəzi Bankın indiki rəhbərliyinə kömək etmiş olacaqsınız! İrəli!"
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024