Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-01-2024, 18:01)
Azərbaycanın iki tibb şirkəti arasında qalmaqal

Azərbaycanın iki tibb şirkəti arasında qalmaqal
Tibbi təchizatla məşğul olan iki şirkət arasında narazılıq yaranıb.

Mediatv.az Qaynarinfo-ya istinadən xəbər verir ki, söhbət "Azlab Medical Supplies” MMC ilə "Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyətidən (QSC) gedir.

Hər iki şirkət Azərbaycanln tibb sektorunda əsas oyunçulardan hesab edilir. Sözügedən şirkətlər arasındakı qalmaqalın kökündə alqı-satqı müqaviləsinə dair mübahisə dayanır.

İddialara görə, "Azlab Medical Supplies” MMC "Araşs Medical Company” QSC-dən tibbi avadanlıqlar alıb. Lakin şirkətlər arasındakı sövdələşmə sonradan mübahiəsyə çevrilib.

"Arash Medical Company” QSC problemin çözülməsi üçün hüquqi yola əl atıb və "Azlab Medical Supplies” MMC-ni məhkəməyə verib. QSC-nin iddiasına Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq. Yanvarın 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Zülfüqar Sadıqovun sədrliyi ilə keçiriləcək.

"Azlab Medical Supplies” MMC 13 dekabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Əliyeva Zeynəb İdris qızıdır. Zeynəb Əliyeva haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. "Azlab Medical Supplies” MMC barəsində də məlumatlar məhduddur. Şirkətin adına yalnız müxtəlif sosial şəbəkə platformalarında yayımlanmış reklam xarakterli mətnlərdə rast gəlinir.

"Arash Medical Company” QSC-yə gəlincə, şirkət 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan QSC-nin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Kamran Məmmədovdan əvvəl şirkətin qanuni təmsilçisi Əsədov Cavid Bəxtiyar oğlu olub.

İddialara görə, o, keçmiş spiker Oqtay Əsədovun yaxın qohumudur. Bəzi məlumatlarda onun keçmiş spikerin qardaşı olduğu bildirilir. Şirkətin sahibinin də Cavid Əsədov olduğu deyilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024