Karusel (29-12-2023, 12:03)
Sumqayıt Tibb Kollecinin fəaliyyəti ARAŞDIRILARSA...
Cari ilin aprelin 24-də Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən “Sumqayıt Tibb Mərkəzi”ndə baş verən qanunsuzluqlarla bağlı cinayət işinin başlanılması barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Sumqayıtda fəaliyyətdə olan daha bir korrupsiya yuvasından da biz bəhs etmək istərdik.
Aktualinfo.org hələ iki-üç il bundan əvvəl Səhiyyə Nazirliyinə tabeli başqa bir qurumda, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində baş verən bir sıra qanunsuzluqlar barədə geniş, silsilə məlumatlar yaymış, burada tədris ocağında dövlət satınalmalarında yol verilən saxtakarlıqları geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Qeyd edək ki, hələ 2019-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən əsaslı təmir işləri, cari təmir işləri, abadlaşdırma, dəftərxana və təsərrüfat xərcləri, masın və avadanlıqlar, digər malların alınması, kommunikasiya islərinin satınalması üzrə onlarla kotirovka sorğusu proseduru keçirilmişdir. Bütün bunlar isə bir-iki ünvanda ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmış, amma bir nəfər tərəfindən idarə olunan ayrı-ayrı MMC-lərlə bağlanmış müqavilələrlə həyata keçirilib. Hansı ki, dəfələrlə yazmağımıza baxmayaraq təkzib olunmayıb. Həmin qanunsuzluqlar sözügedən qurumda bu gün də davam etməkdədir.
Belə ki, Sumqayıt Tibb Kolleci tərəfindən tikli və avadanlıqların cari təmiri (büdcə) üzrə 17.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 21.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.997,5 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 27.12.2023-cü il tarixdə açıqlanmışdır.
Sumqayıt Tibb Kolleci tərəfindən abadlaşdırma xidmətləri (büdcə) üzrə 04.12.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 20.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.981,64 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 27.12.2023-cü il tarixdə açıqlanmışdır.
Sumqayıt Tibb Kolleci tərəfindən tikili və avadanlıqların cari təmir işləri (budcədənkənar vəsaitlər) üzrə 20.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 08.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8.003,39 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 25.12.2023-cü il tarixdə açıqlanmışdır.
Sumqayıt Tibb Kolleci tərəfindən dəftərxana və təsərrüfat malları (büdcə) üzrə 16.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 08.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.510 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 25.12.2023-cü il tarixdə açıqlanmışdır.
Bunları niyə ən xırda detalları ilə diqqətinizə çatdırırıq? Çünki Sumqayıt Tibb Kollecinin satınalma müqaviləsi bağladığı MMC də elə noyabr ayında dövlət qeydiyyatına alınıb.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVRAN AS” (VÖEN 1605321401) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 06.11.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, E.İSAKZADƏ, ev 63, m. 97, qanuni təmsilçisinin isə Fətaliyev Ağalar Nahid oğlu olduğu göstərilir.
Dövlət Vergi Xidmətinin məlumatlarında da göründüyü kimi MMC Sumqayıt Tibb Kollecinin dəftərxana və təsərrüfat malları (büdcə) üzrə 16.11.2023-cü il tarixdə başladığı kotirovka sorğusundan cəmi 10 gün əvvəl dövlət qeydiyyatına alınıb. Belə olan təqdirdə bir ayın içində yeni yaradılmış bir MMC ilə ayrı-ayrı lotlar üzrə ümumi olaraq 59 491 manat məbləğində 4 satınalma müqaviləsinin bağlanılması nə dərəcədə qanunauyğundur?
Buna İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə don geyindirəcək?
Göründüyü kimi Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri kobud şəkildə pozulduğu açıq-aydın hiss olunur. Kollecin Tender Komissiyasının ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, olmalıdır. Lakin kotirovka sorğusu keçirilməzdən 10 gün əvvəl yaradılmış 10 manat nizamnamə kapitalı olan bu MMC -nin nə kimi maddi texniki bazası, kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər? Hələ bunlar azmış kimi, Sumqayıt Tibb Kollecinin Tender Komissiyası kotirovkaları bir mənbədən satınalma metodu ilə keçirib ki, qanun 10 gün əvvəl yaradılmış bir MMC-nin belə prosedurlarda iştirakına qəti yol vermir.
Qeyd edək ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə uzun müddətdir Rəfayıl Eyvazov rəhbərlik edir. Məlumatlara görə o, bir tədris ocağının, bir dövlət müəssisəısinin rəhbəri olmaqla yanaşı həm də biznes fəaliyyəti ilə məşğuldur. Bakıda geniş restoranlar şəbəkəsinə sahibdir. Məlumatlara görə Rəfayıl Eyvazova bu işlərdə Azərbaycan Həmkarlar Konfederasıyasının sədri, millət vəkili Səttar Mehbalıyev ilə qohumluq telləri çox kömək edir. Elektron mediada yayılmış bəzi məlumatlarda Rəfayıl Eyvazova vaxtılə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi olmuş Əli Həsənov da himayədarlıq edib.
Sumqayıt Tibb Kollecində tədrisin keyfiyyətinə gəlincə. Burada yüksək bilikli tibbi təhsil almaq üçün heç bir şərait nə tədrisin keyfiyyəti, nə də tələbələrin dərsə davamiyyəti yoxdu. Amma bol-bol rüşvət mexanizmi var. Üstəlik dövlət vəsaitlərinin talan edilməsi halları da var. Gördüyünüz kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Sumqayıt Tibb Mərkəzi”ndə olduğu kimi, Sumqayıt Tibb Kollecində də araşdırmağa aparmağa, cinayət işi başlamağa ciddi əsaslar da çoxdu.
Mənbə: Aktualinfo.org
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024