Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (17-09-2023, 08:47)
Səkinə Sadıxovanl kim HİMAYƏ EDİR?

 



300 minlik Sumqayıt səhiyyəsinə rəhbərlik edən Səkinənin avtobiqrafiyası barədə ölkə mediasında, hətta Vikipediyada 1 cümlə yoxdur.. Sumqayıt Səhiyyə şöbəsinin sabiq müdiri, hazırda Sumqayıt Tibbi Mərkəzin ( Publik Hüquqi Şəxs ) direktoru Səkinə Sadıxova barəsində 1 ilə yaxındır ki, yazırıq.
Oxucuya aydın olması üçün qeyd edək ki, Səkinə Sadıxova bir neçə il əvvəl, Sumqayıt şəhər səhiyyəsinə ümumi şəkildə rəhbərlik edib. Amma TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaranandan sonra xeyli sayda xəstəxanalar, klinikalar, təcili yardım stansiyaları birləşdirilərək Tibbi Mərkəzlər yaradıldı. Məsələn, 300 min əhalisi olan Sumqayıt şəhərində əhaliyə qulluq edən bütün tibbi müəssisələr birləşdirildi və Sumqayıt Tibbi Mərkəzi ( PHŞ) yaradıldı.
Oxucuda aydın təsəvvür yaranması üçün qeyd edək ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Və Səkinə Sadıqova Mərkəzin direktoru olub.
Təsəvvür edirsiniz, Səkinə Sadıqova 300 min əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə görə məsuliyyət daşıyır, tabeçiliyində 7 Sağlamlıq Mərkəzi, 18 tibb müəssisəsi, Təcili Yardım və s. İndi özünüz Səkinə Sadıqovanın yığdığı rüşvətin miqyasını təsəvvür edin. Bunu oxucuda müəyyən təsəvvür yaranması üçün yazdıq.
İndi keçək başqa bir məsələyə. Deməli, 300 min əhalinin səhiyyəsinə, sağlamlığına məsul olan şəxsin tərcümeyi-hall, avtobioqrafiyası barəsində ölkə mediasında, hətta Vikipediyada bir cümlə tapa bilmədik. İndi sualları Səkinə Sadıxovanın özünə ünvanlayırıq. Səkinə Sadıxova, sən neçənci ildə və harada anadan olmusan..? Səkinə Sadıxova, sən hansı orta məktəbi neçənci ildə bitirmisən..? Səkinə Sadıxova, sən ali məktəbə daxil olmusanmı..? Olmusansa, neçənci ildə və hansı ali məktəbə..., hansı fakültəyə? Neçənci ildə bitirmisən..? Hansı müəssisələrdə işləmisən..? Səkinə Sadıxova, sən göydən zənbillə 300 minlik Sumqayıt səhiyyəsinə düşə bilməzdin ee... Deməli, səni bura qədər gətirənlər var... Yaxın zamanda bu suallara cavab tapmağa çalışacağıq.
İndi isə keçək Səkinə Sadıxovanın əməllərinə... Yazının başlığında SS- Səkinə Sadıxovanı...elə-belə yazmadıq... SS – insanlara qarşı amansız davranmaq, hətta faşist hərəkətləri etmək anlamını verir... İndi deyəcəklərimizdən özünüz nəticə çıxardın.
Deməli, Səkinə Sadıxova tabeçiliyində olan Təcili Yardım Stansiaysının sürücülərinə deyir ki, benzini, ehtiyyat hissələrini özünüz cibinizdən alın. Və nəticədə təcili yardım xəstəyə yetişənə qədər xəstə dünyasını dəyişir. Səkinə Sadıqova benzini, yanacağı, ehtiyyat hissələrini satıb belinə yüz minlik kəmər taxır.... Səkinə Sadıxova dövlətin xəstələrə verdiyi dərmanları, qida və ərzağı satır...milyonlar qazanır...
İndi özünüz deyin xəstənin yeməyini, dərmanını satan adam SS-dir, yoxsa, yox...? Hələ bu harasıdır..? Səkinə Sadıxova heç bir təhsili olmayan, uzun illər toylarda-vaylarad aşpaz olan, sonradan 44 yaşında Gürcüstandan saxta diplom alan Elnarə Arif qızı Məmmədova adlı birisini, Sumqayıt Tibbi Mərkəzdə Kadrlar şöbəsinə müdir təyin edib. Biz Elnarənin diplomunun saxta olduğunu bilirik. İndi tələb edirik ki, Səkinə Sadıxovanın diplomuna aydınlıq gətirlisin.
Eyni zamanda onu da qeyd edək ki, “Sumqayıt Tibb Mərkəzin”də baş verən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Dövlət Tibb Müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bura qədər yazılanlar rəsmi məlumatlardır.
Buyurun tanış olun, Səkinə Sadıqovanın 3 milyondan çox yeyintisi üzə çıxıb. Səkinə Sadıqova bütüb tibb müəssisələrinə əmr verərək bildirib ki, mən bu pulu tək yeməmişəm, sizinlə bölmüşəm. Səkinə Sadıqova 2021-2022-ci illərdə saxta tenderlər keçirib və yüz minlər mənimsənilib. Və hər kəsə də deyir ki, dalımda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavini Araz Nəsirov dayanıb. Hətta, Səkinə Sadıxova hər yerdə bildirir ki, nə qədər ki, Araz Nəsirov TƏBİB-də işləyir, məni vəzifəmdən heç kim çıxara bilməz. Nə qədər Araz Nəsirov var, mən də olacağam.
Məlumat üçün qeyd edək ki, Araz Nəsirov 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub, hazırda TƏBİB-in icraçı direktorunun müavinidir.
Sözün qısası, Sumqayıt şəhər səhiyyəsinin başına oyunlar açan Səkinə Sadıqova yavaş-yavaş Kürdəxanıya yaxınlaşır. Təzə məkanın mübarək, Səkinə. Molla sənə dua-zad yazsa da xeyri yoxdur.
Gündəlik Bakı
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024