Karusel / Slayd (14-09-2023, 17:07)
Binəqədidə ÇAĞIRIŞ BİZNESİ - İTTİHAM VAR!
El arasında “voyenkomat” deyilən hərbi komissarlıq hələ sovet dövründə rüşvət və cinayət yuvası olub. Müstəqillik dönəmində isə bu qurum, ümumiyyətlə, rüşvəti az qala leqallaşdırdı, “summa”lar 10-15 dəfə artdı. Bunun səbəbləri var idi.
Məlumdur ki, 1988-ci ildən başlayaraq Ermənistan və Azərbaycan arasında müharibə gedirdi və bu gün də bu müharibə davam edir. Və məhz bu amil çoxlarını öz övladlarını müharibədən, hərbi xidmətdən yayındırmağa sövq edirdi. Bunun yeganə yolu isə “voyenkomat”lar, hərbi komissarlar idi. Bu illərdə hərbi komissarlar bəlkə də 10 minlərlə, 100 minlərlə gəncə hərbi xidmətə yararsız, yəni “neqodnı” vəsiqəsi veriblər. Bu rəqəmi 5-10 minə vuranda ortaya 100 milyonlar çıxır.
Məlumat üçün qeyd edək ki, 2012-ci ildə bu sahədə islahat aparıldı, qurumun adı dəyişərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ( SHXÇDX) oldu, yəni Müdafiə Nazirliyindən asılı olmadı.
Təkcə onu qeyd edək ki, bu Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə 22 polkovnik, 38 polkovnik-leytenant, 14 mayor rəhbərlik edir. Yəni bu qurumda 66 kənd rayonu, 12 şəhər rayonu, 11 respublika tabeli şəhərlərin hərbi komissarları var. Və ildə 4 dəfə hərbi xidmətə çağırış, hər dəfə 10 minlərlə çağırışçı, üstəgəl ölkədə qanlı müharibə və s. Bu saydıqlarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçün milyonlarla dövriyyəsi olan biznes demək idi. Yüz minlərlə insan, o cümlədən varlı, imkanlı məmurlar öz övladlarını hərbi xidmətdən yayındırmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifədə çalışan şəxslərinin qəbuluna düşmək üçün növbəyə durublar, hamısı da 15-20 minlərlə pul ilə. Biz hələ sağlam çağırışçıların hərbi xidmətə yararsız, “neqodnu” olması üçün rayon hərbi komissarları ilə baş həkimlərin alverini, sövdələşməsini demirik.
Təsəvvür edin ki, hər çağırışdan sonra rayonların hərbi komissarları bir “çemodan” pulla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərlərinin qəbuluna gəlirdilər. Biz hələ rayon hərbi komissarlığı binalarının təmiri, tikintisi, avadanlıqların alınması, uniformaların satılması və daha nələr üçün dövlətin ayırdığı yüz minlərlə dövlət vəsaitinin mənimsənilməsini demirik.
Sözümüzün canı odur ki, kimlərinsə əlinin altında böyük bir cinayətkar, rüşvətxor şəbəkə fəaliyyət göstərib. Yəni mütəşəkkil cinayətkar dəstə. Bu cinayətkar dəstənin ən fəal üzvlərindən bir neçəsini, bəlkə də birincilərini az müddət öncə, həbs etdilər. Qalanları isə hələ də öz əməllərini davam etdirirlər. Amma Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon idarələrində elə rayon rəisləri var ki, onların cinayət yolu ilə qazandıqları pulun miqyasını ancaq kvadrat metrlərlə ölçmək olar. Belə rayonlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsidir.
Məlumat üçün qeyd edək ki, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi, Həsənov Nicat Zəfər oğludur. Məlumdur ki, zaman-zaman Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon idarələrində əməliyyatlar keçirib və hərbi komissarlar rüşvətə görə, həbs olunublar. Hər dəfə belə məqamda növbənin Binəqədinin hərbi kommissarı Nicat Həsənova çatdığı düşünülüb. Çünki həbs olunan rayon hərbi komissarları ilə müqayisədə Nicat Həsənov daha dəhşətli əməllərin sahibi olub. Amma hansısa qüvvə Nicat Həsənovu qoruya bilib. Bu adam müharibənin qızğın vaxtında öz əməkdaşlarına göstəriş vermişdi ki, bütün ünvanlara zəng vurub çağırışçıları və ehtiyyatda olan zabitləri komissarlığa dəvət edin, hətta yaşı 17 olmayanları da. Həm müharibə dövründə, müharibəyə indi isə, həmin şəxsləri təlim adı ilə orduya aparmaqla çağıraraq külli miqdarda pul qazanırlar. Təsəvvür edirsiniz, xalq nə hayda, Nicat Həsənov isə PUL hayında...
Amma redaksiyamıza daxil olan son məlumatlardan belə başa düşmək olur ki, artıq Nicat Həsənov bu dəfə həbsdən canını qurtara bilməyəcək. Belə ki, məlumdur ki, son günlər Ermənistan və Azərbaycan arasında bir gərginlik yaşanır, müharibə ehtimalı var, hər an vəziyyət dəyişə bilər. Bunu heç kim gizlətmir. Amma Nicat Həsənov kimi hərbi komissarlar bu gərginlikdən istifadə edərək yenə ÇAĞIRIŞ BİZNESİ qurublar. Və Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları rəisləri Nicat Həsənovun göstərişi ilə gün boyu telefonla ehtiyyatda olan zabitlərin, sabiq gizirlərin, hərbi qulluqçuların, çağırış yaşı çatanların, hətta çatmayanların evlərinə zəng edərək guya hərbi təlimlərə çağırırlar. İnsanlarda vahimə, qorxu yaradaraq pul yığırlar. Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi, hörmətli Mürsəl İbrahimovdan xahiş edirik ki, Nicat Həsənovun bu əməlləri ciddi nəzarətə götürülsün. Düşünürük ki, bu dəfə Nicat Həsənovun həbsi qaçılmaz olacaq. Bəs görəsən həmişə şəxsiyyətinə hörmətlə yanaşdığımız Xanlar Vəliyev bu işlərə nə üçün laqeyd yanaşır? //gundelik-baku.com//
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024