Karusel / Redaktor seçimi (11-09-2023, 12:48)
Suraxanı Tibb Mərkəzində nələr baş verir?
20 iyul 2023-ci il tarixdə, bəzi Kütləvi İnformasiya Vasitələrində 24 saylı Suraxanı Tibb Mərkəzinin kargüzar vəzifəsində çalışan əməkdaşı, 45 yaşlı Nurlana Cavadzadənin intihara cəhd edtdiyi yayımlandı.
KİV-lərin verdiyi xəbərə görə , Nurlana Cavadzadənin intihara cəhd etməsinə səbəb Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyevin qərəzli töhmət qərarı verməsi olub.
Qanunsuz töhmət alan Nurlana Cavadzadə özünü Suraxanı Tibb Mərkəzinin direktor müavini Südabə Yaqubovanın 4-cü mərtəbədə yerləşən otağının pəncərəsindən atmaq istəyib. Südabə Yaqubova son anda onu intihardan xilas edib.
Nurlana Cavadzadə deyib ki, hadisə təxminən bir həftə əvvəl yaşanıb:
“Məni işdə təkləyiblər. Elə vəziyyətə çatdırıblar ki, direktor müavininin otağının pəncərəsindən özümü atmaq istədim. Məni 3 aydır işimdən uzaqlaşdırıblar, otağıma girməyə qoymurlar, kompüterimi əlimdən alıblar. Yerimə sığorta işçisini gətirib qoyublar. O, bütünlüklə mənim kompüterimə nəzarət edir, əvəzimə məktubları cavablayır. Mənə deyirlər ki, guya hansısa informasiyaları harasa ötürürəm. Əsassız səbəblərdən mənə töhmət veriblər. TƏBİB-ə şikayət məktubu göndərmişəm, yeddi günə rəsmi cavab verilməliydi, hələ də müraciətim cavabsız qalıb. Məni psixoloqa yönəltdilər. O da hansısa psixotrop dərmanlar yazdı. İstəyirdilər ki, həmin dərmanları içim, psixotrop maddənin təsiri altında intihara cəhd etdiyimi desinlər. Müdiriyyət dörd gün əvvəl məni çağırdı otağına. Kadrlar şöbəsinin müdiri Tahirə xanım, İnzibati işlər üzrə direktor müavini Xanlar Əlimuradov, Texniki təminat-təchizat idarəsinin müdiri Habil Rəhimov, Həmkarlar İttifaqının sədri Lalə xanım orada mənə qarşı yığışmışdılar. Hərəsi əlində bir aktla məni günahklar çıxarırdı”.
Mediatv.az olaraq bu məsələni araşdırarkən çoxlu maraqlı məqamlar üzə çıxdı.Əvvəla bildirək ki Ələkbər Tağıyev Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə iyul ayının əvvəli təyin olunub,Nurlana Cavadzadəni yaxşı tanımır,fəaliyyətinə bələd deyil və onun haqqında heç bir mənfi fikiri ola bilməz.Yayılmış məlumatda bildirilir ki, Nurlana Cavadzadə özünü Suraxanı Tibb Mərkəzinin direktor müavini Südabə Yaqubovanın 4-cü mərtəbədə yerləşən otağının pəncərəsindən atmaq istəyib. Südabə Yaqubova son anda onu intihardan xilas edib.Məntiq onu deməyə əsas verir ki,onun əsas problemi Tibb Mərkəzinin direktor müavini Südabə Yaqubovayladır.Onun son söhbəti direktor müavini ilə olub,ondan sonra intihar etmək qərarına gəlib.Sual olunur:Nurlana Cavadzadənin həqiqətən də psixoloji problemi vardırsa, o necə işə qəbul olunub və ona sağlamlıq arayışını kim verib?Bir məsələni xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu 2021-ci ilin avqust ayında Suraxanı Tibb Mərkəzində koronavirus sənədi satan vəzifəli şəxlərə qarşı cinayət işi başlamışdı.Həmən məsələlərdə də Südabə Yaqubovanın adı hallanırdı..
Araşdırmamız davam edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024