Karusel / Slayd (7-09-2023, 17:06)
Zakir Fərəcovu müttəhimlər kürsüsünə aparan yol: 50 milyonluq iddia
Mediatv.az cumhuriyyet.net-ə istinadən xəbər verir ki, bir müddət öncə Sumqayıt Şəhər İcra Hakimiyyətində maliyyə yoxlamaların başladığı haqqında məlumatlar yayılmışdı. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrünün maliyyə nazirliyinin qrupu tərəfindən araşdırıldığı qeyd olunub. Artıq yoxlamaların ilkin nəticələri də ortaya çıxmaqdadır. Mənbənin bildirdiyinə görə Z.Fərəcovun ən ciddi maliyyə pozuntularından biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var. Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir. Bu barədə yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq. Belə ki, yoxlamaların təkcə Maliyyə Nazirliyi deyil, həmçinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də həyata keçirirmiş. Əldə etdiyimiz məlumata görə, sözügedən qurum bir həftədir Sumqayıt şəhər Təhsil, Səhiyyə, Kommunal Təsərrüfat idarələrində genişmiqyaslı araşdırmalara start verib. Artıq ilk yeyinti faktının aşkarlandığına dair məlumatlar da var. Həmin məlumata görə, KQMBİ-nin ilk araşdırması Sumqayıt Şəhər Səhiyyə İdarəsində həyata keçirilib. Həmin araşdırma nəticəsində 6 milyon 427 min manat yeyinti aşkarlanıb. Dövlət qurumu bu yeyintinin birbaşa İcra Hakimiyyətinin əliylə aparıldığını aşkarlayıb. Məlumatda vurğulanır ki, məsələdən xəbərdar olan Sumqayıtın icra başçısı Zakir Fərəcov danışıqlar aparmağa çalışsa da, buna imkan belə verilməyib.
Bu arada Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları – Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun ittiham elan edilib.
Bundan əvvəl isə Sumqayıtın icra başçısı Zakir Fərəcovun bacısı oğlu Elgizlə bağlı cinayət işi açılmışdı. Hüquq mühafizə orqanları tərəfindən qaldırılan cinayət işinə səbəb isə Abşeron rayonunda, xüsusən də Mehdiabad kəndində torpaq sahələrinin kütləvi şəkildə satılması göstərilir. Məlumatda deyilir ki, çoxsaylı şikayətlərə əsaslanan proses zamanı Mehdiabad kənd İcra Nümayəndəliyi və yerli bələdiyyənin bir neçə üzvü saxlanılıb. Onlar verdikləri ifadələrində Elgizin adını çəkiblər və torpaq satışı məsələsində söz sahibi olmadıqlarını bildiriblər. Bundan sonra isə icra başçısının bacısı oğlu istintaqa dəvət olunub və dindirilib. Lakin onu saxlamayıblar. Zəmanətlə sərbəst buraxıblar.Məlumatlarda hazırda Zakir Fərəcovuin bacısıoğlunun ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıldığı deyilir. Bildirilir ki, buna da dayısının xahişləri nəticəsində müvəffəq olub.
Son xəbərlərə görə, hazırda Elgizlə bağlı qaldırılmış cinayət işi üzrə istintaq gedir. Zakir Fərəcov belə prosesə müdaxilə edə bilmir. Onun bir neçə dəfə istintaq orqanlarına yanaşaraq, məsələni həll etmək cəhdləri isə alınmayıb. Fərəcovun qorxusu bacısı oğlunun uzun müddət həbsdə yatması deyil. Onu narahat edən məsələ odur ki, Elgiz istintaqda onun da adını çəkə bilər ki, bu da icra başçısı üçün əlavə baş ağrısıdır. Yeri gəlmişkən bu işlə bağlı icra başçısının digər bacısı oğlu, Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Sovet oğlu Həsənovun da adı hallanır. Bu arada Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilən, “Sumqayıt Nəqliyyat” MMC-nin rəhbəri olmuş mərhum Xannı Rüstəmovla bağlı maliyyə qalmaqalının araşdırıldığı da iddia olunur.
“Paşa Bank” Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib. “Azərbaycan Reallığı” xəbər verir ki, Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır. İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək.
Qeyd edək ki, “Sumqayıt Nəqliyyat-1” MMC-nin qanuni təmsilçisi Elgiz Fərəcov Novruz oğludur. İcra başçsının bacısı oğlu olan Elgiz Fərəcovun rəhbərlik etdiyi MMC-nin banka külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına da məhdudiyyət qoyulub. Elgiz Fərəcovun adı Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlində də hallanıb. Sözügedən cinayət hadisəsinə görə həmin vaxt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən Elgiz Fərəcovun adı bir sıra rezonas doğuran hadisələrdə də keçib. Sonradan isə o öz işini heç nə olmamış kimi Abşeronda olduğu kimi Sumqayıt şəhərində də davam etdirib.
Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son həftələr ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir. Adətən belə xronologiya həmin məmurun president tərəfindən işdən azad edilməklə cəzalandırılması ilə müşayiət olunur. Bu dəfə də nəticənin eyni olacağı gözlənilir. “Sumqayıtın Elmar Vəliyevi” adlandırılan Z.Fərəcovun son problemi ilə bağlı ilginc məlumatlar əldə etmişik. Gələn məlumatlar arasınd maraq doğuran məlumatlardan biri də Sumqayıt şəhər icra hakimiyyətinin Dövlət Gömrük Komitəsinə 3 mln, Paşabanka 4 mln.800min manat borclu olmasıdır. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin məlumatına görə bu pulların Z.Fərəcovun yaxın qohumu olan mərhum Xannı Rəsulava verildiyi bildirilir. Məsələ ilə bağlı o dövrdə ölkə mediasında yer alan xəbərdə deyilir: “dövrü mətbuatda “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xannı Rüstəmovun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərlərdə Xannı Rüstəmovun külli miqdarda pul götürərək güya ölkəni tərk etməsi önə çəkilib.
Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı cinayət işi açıla bilər. Buna səbəb bir qrup sahibkarın Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsidir. İş adamlarının verdiyi məlumata görə, artıq Baş İdarədə etdikləri müraciət icraata götürülüb. Belə ki, 23-174-01-02-001204 müraciət üzrə icrası həvalə edilib. Onlar bildirilər ki, həmin müraciət hələ 2016-cı ildən başlayan borc qalmaqalı ilə bağlıdır. “Zakir Fərəcov bizim Sumqayıtdda gördüyümüz işlərin pulunu 7 ildir vermir. Dəfələrlə onunla görüşüb, problemin dinc yolla həllinə çalışdıq. Lakin o, bizi gah hədələdi, gah həbslə qorxutdu, gah da Sumqayıta girişimizə qadağa qoydurdu. Uzun çək-çevirdən sonra qərfara aldıq ki, birgə rəsmi qurumlara müraciət edərək, məsələni hüquqi yolla həllinə nail olaq. Ona görə də, KQMBİ-yə mütraciət etdik. Artıq müraciətimiz icraata götürülüb. Ümid edirik ki, yaxın zamanlarda məsələ ilə bağlı araşdırmalara start verilər”.
Qeyd edək ki, Zakir Fərəcovla iş adamları arasında baş verən borc qalmaqalı heç də kiçik məbləği əhatə etmir. Bəzi məlumatlara görə, təkcə şikayət edən sahibkarlara icra başçısının borcu 10 milyon manatdan çoxdur. Bir digər məlumata görə isə Fərəcov təkcə, şikayətçi olanlara borclu deyil. Onun kənarda da ciddi borcları var. Bu rəqəmlərin isə üst-üstə 50 milyon manat təşkil etdiyi deyilir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024