Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-08-2023, 15:42)
Deputat təhsil aldığı uşaq bağçasında: Nazirliyə sərt ittiham - FOTO

Deputat təhsil aldığı uşaq bağçasında: Nazirliyə sərt ittiham
"Doğulub-böyüdüyüm İmişli rayonunun Xəlfəli kəndinin uşaq bağçası müharibə illərini xatırladır".

Mediatv.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev kənddəki uşaq bağçasının binasını paylaşaraq yazıb.

Millət vəkili kənddə yeni uşaq bağçası binasının tikintisi üçün Yaponiya səfirliyinin maliyyə ayırdığını qeyd edib:

"Yapon səfirliyi maliyyə ayırıb ki, tikilsin, deyirlər yox, olmaz. Gərək standartlara uyğun olsun. Ay Elm və Təhsil Nazirliyi, bir göstər görək ölkədə nə qədər o dediyiniz, yaxud da Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun bağça var?

Siz dediyiniz standartlara uyğun bağça tikilməsi üçün 8 minlik kəndin uşaqları neçə illər bağçasız qalmalıdır? Onların valideynləri günlük 10-15 manat qazanmaq üçün qızmar günəş altında işləmək üçün uşaqlarını hara qoysunlar?

Bir deputatın doğulduğu kəndində, el-obasında bu problem varsa və həllinə köməklik olmursa, bu sizə, yoxsa deputata hörmət qazandırır? Niyə bir-birimizə kömək etmək yox, intriqa və inciklik, məşəqqət yaşatma yolunu seçirik?"

O, bununla bağlı Baş nazirə müraciət edəcəyini bildirib:

"Sonuncu yolum hörmətli Baş nazir Əli müəllimə müraciət etməkdir. Ümid edirəm ki, bu problemin həllinə nail ola biləcəyik".

Deputat təhsil aldığı uşaq bağçasında: Nazirliyə sərt ittiham

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024