Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (11-08-2023, 12:32)
 Bu icra başçıları hər an görəvdən alına bilər... - SİYAHI

 







Azərbaycan 2018-ci ildən etibarən dərinləşmiş islahatlara başlanıldı. Müasir dünyanın tələbləri ilə ayaqlaşa bilməyən köhnə məmurlar tutduqları yüksək vəzifələrdən azad edildi, onların yerinə daha gənc, perspektivli kadrlar təyin olundu.

İslahatlar prosesi bir dönəm yerli icra hakimiyyətlərinin də “üzərindən keçdi”, amma kadr dəyişikliyi bu qurumlarda o qədər də yumşaq olmadı. Çünki vəzifəsindən uzaqlaşdırılan icra başçıları böyük ölçüdə rüşvət və karrupsiyaya bulaşdığı üçün həbs olundular.

Amma hələ də icra başçısı postunda pensiya yaşını keşçmiş şəxslər var. Onların müasir dünyanın tələbləri ilə ayaqlaşa bilməsi mümkün deyil. Digər tərəfdən, “pensioner” icra başçıları yerlərdə aparılması nəzərdə tutulan islahatları da “tormozlayır”.

Nəzərə alsaq ki, onların da əksəriyyəti eyni rayonda 10 ildən çox icra başçısı işləyib, bu, rayonlarda onların bir növ “avtoritet” qurmasına imkan verir. Bu da islahatların gedişatını əngəlləmək üçün “pensioner” icra başçılarına daha bir fürsət yaradır.

İcra başçıları da ən yaxşı halda diplomatlar kimi 5 illik müddətə təyinat alsalar, bəlkə daha məqsədəuyğun olar. Sonradan onların fəaliyyəti dəyərləndirilib müddətin uzadılıb- uzadılmaması ilə bağlı qərar vermək olar. Amma indiki durumda icra başçıları uzun müddət işlədikləri yerlərdə “şah”lana bilirlər.

Mediatv.az Cebhe.info-ya istinadla yaşı 65-i ötümüş, yəni mövcud qanunlarla pensiyaya çıxmalı olan icra başçılarının siyahısını təqdim edir:

*Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun 70 yaşı var. O, 11 ildir icra başçısıdır. 2019-cu ildən Ağcabədi rayonunun icra başçısıdır. Buna qədər isə Masallı rayonunda (2012-2019) bu postu tutub.

*Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimovun isə 69 yaşı var. Tofiq İbrahimov 2012-ci ildən, yəni 11 ildir Ağdaşın icra başçısıdır. Ümumilikdə isə onun 19 illik icra başçısı təcrübəsi var. O, 2004-cü ildən 2010-cu ilə qədər Qəbələdə, 2010-2012-ci illərdə isə Lənkəranda icra başçısı olub.

*Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov da 66 yaşındadır. O isə 2016-cı ildən bu postu tutur.

*Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin isə 68 yaşı var. O, 2011-ci ildən bu rayona rəhbərlik edir.

*Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 67 yaşını tamamlayıb. 2018-ci ildən şəhərə rəhbərlik edir. Buna qədər o, 6 il Mingəçevir şəhərinin (2012-2018) başçısı olub.

*Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 70 yaşı var. Şahmar Usubov 2000-ci ildən, yəni 23 ildir Xocalının icra başçısıdır.

*Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov 71 yaşındadır. Uzun müddət icra başçısı işləyən Adil Məmmədov 2011-ci ildən Qobustanda çalışır. Buna qədər isə Oğuz (1994-2002), Qəbələ (2002-2004) və Biləsuvar (2004-2011) rayonlarında icra başçısl işləyib.

*Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov da bu il pensiya yaşını tamamlayıb. 65 yaşlı Şair Alxasov 2007-ci ildən bu rayonda icra başçısıdır.

*Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin 76 yaşı var. O isə 2005-ci ildən icra başçısıdır. O, 2005-2012-ci illərdə Binəqədi rayonunun icra başçısı olan A.Qocayev indiki vəzifəsinə 2012-ci ildə təyinat alıb.

*Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 69 yaşını tamamlayıb. 2019-cu ildən Siyəzənə rəhbərlik edən Novruz Novruzov buna qədər Lerik (1995-2002), Goranboy (2002-2007) və Şabran (2007-2019) rayonunda başçı işləyib. Novruz Novruzov ümumilikdə 28 ildir icra başçısıdır.

*Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun isə 72 yaşı var. O, 2009-cu ildən bu rayonda icra başçısıdır.

*Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 76 yaşını tamamlayıb. 14 ildir Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadə buna qədər 2007-2009-cu illərdə Qax rayonun icra başçısı olub.

*Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov 67 yaşını tamamlayıb. Bu 67 ilin 18 ilini icra başçısı işləyən Mərdan Camalov 2019-cu ildən Zərdab rayonuna rəhbərlik edir. Buna qədər isə o, 2005-2019-cu illərdə Şirvan şəhərinin icra başçısı olub.

Beləliklə də ölkədə hazırda 72 icra başçısı var. Onlardan pensiya yaşına çatmış olanların sayı 16 nəfərdir. Hazırda işini davam etdirən icra başçılarının içində 20-ə yaxını da 60-64 yaş arasındadır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024