Karusel (9-08-2023, 09:31)
Mehriban Vəliyevanın şübhəli biznesi və ya onu “Panda Kids”ə nə bağlayır?
Bakıda valideynlər məktəbli formalarını məşhur “Panda Kids” mağazalar şəbəkəsindən almağa məcbur edilir.
Mediatv.az xəbər verir ki, bu barədə Bakupost.az-a şikayətçi valideynlərdən biri məlumat verib.
Qiymətlər və geyimlərin keyfiyyəti ilə maraqlanan valideyn deyir ki, məktəbli formalarını “Sədərək” Ticarət Mərkəzindən daha uyğun qiymətə almaq mümkündür. Üstəlik, orada formalar Bakı Tikiş Evinin (BTE) təklif etdiyindən qat-qat keyfiyyətlidir: “BTE tənzif kimi köynəyi 15 manata verir, “Sədərək”də isə həmin köynək 8-10 manatadır. BTE-nin 25 manata təklif etdiyi ətək və şalvarı isə “Sədərək”də ölçüsünə görə 10-15 manata almaq olar. BTE məktəbli jaketini 30 manata satır. “Sədərək”də isə jaketlər ölçüsündən asılı olaraq 12-18 manatadır”.
Valideyn “Sədərək”dəki məktəbli formalarının parçası və tikişinin də daha keyfiyyli olduğunu vurğulayıb:
“Sex malıdır deyə onları xor görürlər. Keçən il BTE-yə loqolu köynək sifariş etmişdik, 1 dəfə suya düşən kimi parça-parça oldu.
Amma “Sədərək”dən aldığım formanı 2 ildir uşaqlarım geyinir, hələ də aldığım kimidir. Formanı dəyişməsələr hələ geyinəcəkdilər. Bu il isə məktəb direktorlarına tapşırıq verilib ki, valideynlər formaları “Panda Kids”dən alsınlar. Bizləri o mağazaya yönəldirlər. Bilmirəm, nə səbəbə? Görünür, yenə hansısa məmurun işidir. Bizə çatan məlumata görə bu göstəriş bir başa Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevadan gəlib”.
İttiihamlarla bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlasaq da, cavabsız qaldı.
Xatırladaq ki, ötən ay M.Vəliyevanın Növxanıda 500 min manata villa alması barədə xəbər də yayılıb
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024