Karusel / Slayd (30-07-2023, 11:26)
ABŞERON-XIZI TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ YENİ BİZNES QURUB

Onun sözlərinə görə, guya öz xahişi ilə işdən çıxmış, əslində isə yorulmadan, usanmadan hər fürsətdə hikkə ilə – “Mən səninlə işləmək istəmirəm, ərizəni yaz, işdən çıx!” – deyə-deyə, “öz xahişi ilə” işindən qoparıb, həyatını qaraltdığı əməkdaşların, şəffaflığı təmin etmək məqsədi ilə uzaqlaşdırması haqda həqiqətə zərrəcə uyğun olmayan şaiyələr yaymağa başladı. Neçə illər təhsil təcrübəsi olan, dövlət qulluqçusu statusunu müvafiq imtahandan keçərək öz biliyi və bacarığı ilə qazanan və illər boyu ləyaqətlə daşıyan, işinin öhdəsindən layiqincə gəlmək üçün həqiqətən can qoyan işçiləri işdən çıxararaq, onların yerinə müqavilə ilə, təhsildə heç bir təcrübəyə, xüsusi savada malik olmayan, ən yüksək məziyyəti müdirinin hər sözünə (doğru və ya yalan, fərq etmir) “bəli-bəli” demək olan işçilər təyin olunmuşdur.
Məlumatlara görə, Təhsil idarəsinin sütununu təşkil edən maliyyə-təsərrüfat sektoru daha acınacaqlı durumdadır. İllik büdcəsi 160 milyon manat civarında olan idarənin maliyyə sektoruna əvvəllər Azərpoçtda işləyən, 5-cə aylıq mühasib stajı olan birini – Orxan Şirəliyevi rəhbər təyin etdilər (Orxan Şirəliyevin, Təhsil Nazirliyinin Maliyyə şöbəsinin rəisi Rauf Orucovun oğlunun yaxın dostu olması da sızan məlumatlar qəbilindəndir).
Orxan Şirəliyevin maraqlı məharətlərindən biri də Təmizlik departamenti ilə bağlanmış müqavilədir: bu müqavilənin maliyyə dəyərini şəhərin təhsil müəsisələri arasında ( məktəblərin böyük, kiçikliyindən asılı olmayaraq ) ata malı kimi 69,89 manat olmaqla, bərabər bölüb. Bu cənab özü mənimsədiyi pulları direktorların üzərinə qoyaraq hər ay akt yazdırır. Əslində isə məktəblərdə məişət tullantıları üçün zibil qabları belə yoxdur. Maraqlıdır, bu məbləğ necə müəyyənləşdirilib, əcəba zibilləri tərəzidəmi çəkiblər?!

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025