Karusel (27-07-2023, 13:27)
`QARA MASKALI`lar SDU rektorunun QAPISINI DÖYƏCƏKMİ?
Haqqında bəhs edəcəyimiz Sumqayıt Dövlət Universiteti ( SDU ) barəsində qısaca məlumat verək. Sumqayıt Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Universitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılmışdır.1975-ci ilə qədər filial kimi fəaliyyət göstərmiş, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır. Universitetdə 7 fakültə mövcuddur: İndi isə bu qısa məlumatdan sonra keçək əsas mövzuya.
Deməli, SDU-də baş verən qanunsuzluqlar, rüşvət halları o dərəcəyə çatmışdır ki, 2013-cü ilin dekabr ayının 16-da Prezidentin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olundu. Bundan sonra Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynova bu ali təhsil müəssisəsində rektor vəzifəsinin müvəqqəti icrası da həvalə edilmişdi. Nəhayət 5 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edildi. Yəni hamı gözləyirdi ki, Nadir Qəhrəmanovdan sonra Elxan Hüseynov SDU-da ciddi islahatlar aparacaq. Amma heç kim demirdi ki, axı, Elxan müəllim elə Nadir müəllimin “sağ əli” olub dəə…
Nə isə, zəlzələdən, ya vəlvələdən Elxan Hüseynov SDU-nun rektoru oldu və 10 ildir bu vəzifədədir. İndi gəlin görək, Elxan Hüseynov özü kimdir, nəçidir, haradan gəlib…
Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 8 avqust 2002-ci ildə ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilib və 15 yanvar 2010-cu ilə qədər Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Təsəvvür edirsiniz, bu adamın nəinki 1 gün, heç 1 saat da diplomatik təcrübəsi olmayıb və birdən Fövqəladə və Səlahiyyətli Səfir olub. Bu adam heç olmasa, XİN-də, yaxud hansısa səfirlikdə 3-4 ay çalışsaydı, nəsə başa düşmək olardı.
Sözün qısası, keçmiş “pasol” Elxan Hüseynov gəlib olud SDU-nun rektoru. Yuxarıda yaxdığımız kimi hamı düşünürdü ki, yeni rektor islahatlara başlayacaq və s. Amma… Amması odur ki, Elxan Hüseynov rektor olan kimi “bazarlığa” başladı, Universitetdə özbaşınalıqlar sanki ayaq tutub yeridi. Təzə rektor təcrübəli professor-müəllim heyətini uzaqlaşdıraraq BDU-dakı dost-tanışlarını SDU-ya transfer elədi. Bu isə universitetin bir çox müəllimlərinə öz iş yerlərini itirməklə başa gəldi. Halbuki onların arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə yetirmiş peşəkarlar əksəriyyət təşkil edirdi. Bu hələ harasıdır..? Təzə rektor imtahanların qiymətini artırmağa başladı, necə deyərlər, “köhnə bazara təzə nırx” qoydu.
Qısaca onu qeyd edək ki, rektor Elxan Hüseynov qiyabiçilərin imtahan qiymətlərini 2-3 dəfə qaldırdı, xaricdən tələbə transferlərinin qiyməti 15-dən yuxarı qalxdı…yəni təzə rektor sabiq rektor Nadir müəllimin dədəsinə rəhmət oxutdirmağa başladı…
Təsəvvür edirsiniz, rektor Elxan Hüseynov təkcə qış sessiyasında 500-600 götürür. Rektor tapşırıb ki, qəsdən imtahanlara elə suallar salın ki, tələbələr kəsilsinlər və… yəni kəsirə görə bir tələbə SDU-nun büdcəsinə 174 manat və üstəlik imtahan üçün nəsə verməlidir… Bunlar hələ cinayət əməllərinin cüzi hissəsidir… Təzə rektor SDU-da keçirilən tenderlərdən milyonlar qazanıb. Soruşan yoxdur ki, tenderlərə ayrılan 2 milyon manata yaxın dövlət vəsaiti hara xərclənib..? Guya bu pul cari təmir, dəftərxana, abadlıq və s adı altında mənimsənilib.
Təsəvvür edirsiniz, rektor dövlət imtahanını 800-ə qaldırıb. Bütün bu cinayət əməllərini rektor təkcə həyata keçirə bilməzdi. Bu işdə rektorun ən yaxın adamları bu şəxslərdir: İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayeva. Bu xanım BDU-dan gəlib… Elxan Hüseynovun SDU-dakı ən yaxın adamlarından biri də köməkçisi Faiq Şirinovdur. Rektorun tapşırıqlarını o həyata keçirir… Elxan Hüseynova yaxın olan şəxslərdən biri də Universitetin Tədris Metodiki Mərkəzinin direktoru İsabala Qurbanovdur… Elxan Hüseynovun ən yaxın adamlarından biri də Tədrisin Təşkili və Təlim Texnologiyaları üzrə prorektor Talıbov Natiq Həsən oğludur. Bütün bunlar azmış kimi rektor gah deyir ki, tələbə oğlanlar saqqalını qırxdırsın, gah deyir ki, tələbə qızlar hicabını soyunsun…. Bu “pasol” rektordan soruşan yoxdur ki, sənə tələbənin başının içi lazımdır, yoxsa onun saqqalı….
Sözün qısası, Korrupsiyaya qarşı Mübarizə İdarəsi mütləq yolunu SDU-dan salmalıdır…
P.S. Növbəti sayımızda Universitetdə ödənişli təhsil alan tələbələrin 51 faizdən artıq olması, təhsil haqlarından qeyri-qanuni istifadə edilməsi, hansı illərdə hansı kollec direktorlarının Elxan Hüseynova hesabat verməsi və tədris faizləri haqqında yazı dərc edəcəyik. Bizi izləyin... //gundelik-baku.com//
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024