Dənizkənarı Bulvar İdarəsi 2008-də yaradılıb, yaradılan gündən ziyanla işləyirdi, 2022-ci ildə isə mənfəətlə başa vurub – o boyda idarə 102 min manat mənfəət əldə edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 359 milyon 416 min manat olub, idarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Yəni, o boyda “obyekti” işlədə bilmirlər, 2021-də 5 milyon 514 min manat zərər etmişdilər, keçən il yəqin utanıblar, cəmi 102 min manatlıq mənfəət göstəriblər. Bulvarda nə obyekt var bu idarəyə baxır, istənilən satış nöqtəsinə icazəni də bunlar verir, gedin soruşun yay mövsümündə, məsələn, dondurma və su satan köşk ayda nə qədər icarə haqqı ödəyir, rəsmi yox ha, bəlkə də rəsmi müqavilədə “5-10” manat göstəriblər, amma real ödəniş 4 rəqəmlə ifadə olur. Bulvar ərazisində onlarla elə köşk, obyekt var.
Hələ mən iri obyektləri, kafeləri, restoranları, velosiped və “samokat” icarəsini demirəm, mühafizəsin təşkili üçün müqavilə ilə büdcədən alınan vəsaitdən danışmıram – yəni, işlətməyi ağıllı, əsl biznesmenə versələr illik əməliyyat gəlirlərinini azı 50-60 mln. manata çatdırar (2022-də əsas əməliyyat gəlirləri 19 milyon 398 min manat olub), xalis mənfəət ilə 102 min manat deyil də, 20 mln. manat olar, bir ilə özünə tək Bakıda deyil, Dubayda da ev alar...
Natig Cəfərli
Səsləndirilmiş iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
шаблоны для dle 11.2