Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (13-02-2023, 17:40)
“Azərsu”-ya dövlətin ayırdığı milyonlar hara xərclənir?

“Azərsu”nun Xüsusi Texnika İdarəsində ehtiyyat hissələrinin alınmasına pul yoxdu deyirlər – Bəs dövlətin ayırdığı milyonlar hara gedir?

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə tabeli Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən bir sıra qanunsuz hallarla bağlı dərc etdiyimiz məqalələrdən sonra redaksiyamıza yeni-yeni məlumatlar gəlməkdədir. Məlumatlarda sözügedən idarədə həqiqətən də qanunsuzluqların baş alıb getdiyi diqqətə çatdırılır. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu özbaşınalıqların qarşısının alınması üçün heç bir tədbir görülmədiyi məlumatlarda xüsusilə vurğulanır. Odur ki, redaksiya daxil olan məlumatların yoxlanılması və tədbir görülməsi üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırır.

Xatırlatmaq istərdik ki, idarənin rəisi hələ ki, Xürrəm Hüseynovdur. O, Xürrəm Hüseynov ki, 2011-ci ildə sabiq Qorxmaz Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edildikdən az sonra bu vəzifəyə gətirilmişdi. Vəzifə başında olduğu müddətdə Xürrəm Hüseynovun rəhbərliyi ilə Nəqliyyat və Xüsusi Texnika İdarəsinə ayrılan milyonlarla manat dövlət vəsaiti talan edilib. Bu proses bu gün də davam etdirilir.

Qeyd edək ki, ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində üç nəqliyyat parkı, yəni qarajı var. Bundan başqa, Səhmdar Cəmiyyətin rayonlarda fəaliyyət göstərən Regional İdarələrin balansında olan xüsusi texnikalar da Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyindədir. Rayonlarla bərabər ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində minlərlə avtomobil və xüsusi texnikalar var. Bu nəqliyyat parklarının hər biri Qorxmaz Hüseynovun sədrliyi dönəmində, onun qohum-əqrəbasının ixtiyarında olub. Bizə verilən məlumatlara görə hazırda nəqliyyat parklarına “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənovun adamları nəzarət edir.

Ötən yazıdan sonra redaksiyamızla əlaqə yaradan sürücülərin verdiyi məlumatlara görə Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qarajlarında özbaşınalıqlar baş alıb gedir. Qurumun 2 nömrəli qarajına yeni təyin təyin olan rəis Elçin Süleymanov istədiyini edir. Ümumiyyətlə Köçərli Həsənovun təyin etdiyi keçmişdə hərbçi olmuş qaraj rəisləri iş saatlarını azaldıblar ki, bu da maaşların kəsilməsinə səbəb olub. Qarajlarda təmir günlərinin haqqı tam ödənilmir, demək olar yarıbayarı azaldılıb. Səbəb oldu, olmadı dərəcələri aşağı salırlar. Məzuniyyət pulu vaxtlı -vaxtında verilmir. Baş mexanik Firdovsi, sahə rəisi İmran Baş mühəndis Xalid idarədə istədiklərini edir. Mühasib Nailə xanım Xürrəm Hüseynovun tapşırıqlarına əsasən kimə istəyir mükafat yazır, kimə istəyir əmək gününü az yazır.Həmkarların sədri Qurban heç bir işçiyə maddi yardım etmir, yalnız rəisin və özünün yaxın adamlarından başqa. Bütün bu kimi qanunsuzluqlara etiraz edəndə isə bizi işdən çıxarmaqla hədələyirlər.

Sürücülər deyirlər ki, texnikalara ehtiyyat hissələrinin və sürgü yağlarının alınması üçün dövlət büdcəsindən yüzminlərlə manat ayrıldığını sosial şəbəkələrdən, saytlardan özümüz oxumuşuq. Lakin texnikalara lazım olan ehtiyyat hissələri, sürtgü yağları verilmir. İstəyəndə də deyirlər ki, almağa pul yoxdu. Köhnə ehtiyat hissələrini ucuz qiymətə alıb, sazlayıb bizə verirlər. Sənədlərə isə baha qiymətlərlə rəsmiləşdirirlər. İş o həddə çatıb ki, texnikaların təmiri üçün servis xidmətləri də “Azərsu”-nun texnikalarını qəbul etmir. İdarənin “Qrand Motors” və “Uyqurlar” servis xidmətlərinə külli miqdarda borcu yaranıb. Bəs onda dövlətin ayırdığı yüzminlərlə pullar hara gedir?

Sürücülər onu da qeyd edirlər ki, Xürrəm Hüseynovun yeni müavini, Köçərli Həsənovun yaxını olan Elçin pul alıb işə adam düzəldir. 9-cu mikrorayondakı qaraja da, “Nargilə”də yerləşən 2 nömrəli qaraja da, Ceyranbatan qəsəbəsində yerləşən qaraja da son vaxtlar yaxın adamlarını yeni mexanik, çilingər kimi işə götürüb onlara yüksək maaş verirlər. Halbuki əvvəlki mexaniklər işlərinin öhdəsindən lazımınca gəlirdilər.

Xatırladaq ki, ötən yazımızda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər il avtomobillərə lazım olan ehtiyyat hissələrinin alınması üçün külli miqdarda vəsaitin ayırıldığını qeyd etmişdik. O cümlədən də qurumun Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində olan xüsusi texnikalara və avtomobillərə. Həmçinin dövlət satınalmalarının vahid internet portalı üzərindən araşdırma aparmışdıq və məlum olmuşdu ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son bir il ərzində nəqliyyat vasitələri və xüsusi texnikalar üçün ehtiyyat hissələrinin alınmasına 3 353 569 manat dövlət vəsaiti ayırıb. Biz bu məbləğə xidməti avtomobillərə ayrılan xərcləri aid etməmişdik. Bəs necə olur ki, bu qədər vəsait ayrıldığı halda sürücülərə ehtiyyat hissələri verilmir. Hara gedir bu pullar? Bu suala çox istərdik ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin hələ səlahiyyətlərini icra edən Köçərli Həsənov cavab versin. Hələ sədrin səlahiyyətlərini icra edən Köçərli Həsənov qurumun idarələrində bu kimi özbaşınalıqlara rəvac verirsə, sədr olsa, səlahiyyətləri artsa görəsən nələr edər? //Aktualinfo.org//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024