Karusel / Slayd (28-11-2022, 08:48)
Seymur Talıbovla ortaqlığın gətirdiyi qazanc
Xatırlayırsınızsa, bir müddət əvvəl xəbər vermişdik ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif “xan”ın kiçik oğlu Seymur Talıbov 2021-ci ilin yanvar ayında Naxçıvan şəhərində fəaliyyət göstərən “Sizin market”in işlətmə müdiri Razi Orucovu sərt şəkildə cəzalandırıb, onun mülkiyyətində olan bütün obyektləri və evləri əlindən alıb, özünü isə həbsə atdırmışdı. Qaynağımızın iddiasına görə, 22 gün həbsdə saxlanılan Razi Orucov ağır işgəncələrə məruz qalıb zorla öz mülkiyyətindən Seymur Talıbovun xeyrinə imtina etmək ərizələrinə qol çəkməyə məcbur edilmişdi. Daha sonra DTX-nın Naxçıvanda əməliyyata keçirməsilə Razinin də bəxti gülməyə başlamışdı. Razi Orucov dərhal Naxçıvan MR DİN-nə çağırılmış və əlindən alınan bütün obyektlərin sənədləri ona qaytarılmışdı.
Mediatv.az bildirir ki, Ovqat.com-un redaksiyası ilə əlaqə saxlayan Razinin atası İlyas Orucov iddiaları qismən təsdiqlədi.
İlyas Orucov vurğuladı ki, oğluna və özünə aid mülkiyyətlər tam olaraq geri qaytarılmayıb və Razinin başına gətirilən oyunlarda Seymurun şəxsən özü deyil, onun sürücüsü Həsən Əhmədov iştirak edib.
“Biz 2018-ci ilin iyun ayında “Gəmiqaya”ya aid olan “Sizin Market”i holdinqin rəhbəri Emin Uçardan kirayəyə götürmüşdük. Təkcə marketin yenidən dizayn edilməsinə və vitrinlərin yığılmasına 250 min manat xərcimiz çıxmışdı. Hətta mağazanın açılışına Ali Məclisin sədri Vasif Talıbov da gəlmişdi. Marketi işlətməyə başladıqdan cəmi 1 ay sonra Seymur Talıbovun sürücüsü polis zabiti Həsən Əhmədov gəldi və bundan sonra kirayə pulunu ona verəcəyimizi bildirdi. Seymur Talıbovun adından danışırdı. Tələbi təkcə kirayə da pulu deyildi. O, həmçinin bildirdi ki, Seymur müəllimin göstərişidir, bundan sonra biz qazanca da ortaq olacağıq. Biz də çar-naçar bu tələblə razılaşdıq”, - İlyas Orucov deyib.
Öz vəsaitləri ilə qurduqları “Sizin Market”in işlədilməsi üçün hər ay 10 min manat kirayə haqqı verən Orucovlar qazanclarını da Seymurun sürücüsü Həsən Əhmədovla bölüşməyə başlayıblar. İlyas Orucovun bildirdiyinə görə, ayda bəzən 30 min, bəzən 40 min qazanc əldə edir, onun da yarısını Seymurun sürücüsünə verirmişlər. Beləcə, bu “ortaqlıq” 36 ay davam edir. Bir gün yenə “Sizin Market”in qapısını döyən Həsən Əhmədov onlardan heç bir mala əl vurmadan mağazanı tərk etməyi tələb edir. Təbii ki, Orucovlar bu tələblə razılaşmırlar. Nəticədə Həsən Əhmədov Orucovların bütün mülkiyyətinə əl qoyur və onların “dövlət adından müsadirə olunduğunu” sahibkarların diqqətə çatdırır. “Dövlət adından çıxarılan bu hökmlə razılaşmayan” Razi Bakıya gəlir və dövlət iradəsinin əsl ünvanına Prezident Administrasiyasına şikayətə yollanır. Administarsiyadan məktuba müsbət cavab verilir və şikayətin ədalətli araşdırılması tələbi ilə Naxçıvan MR DİN-nə rəsmi təlimat göndərilir. O dövrün Naxçıvan MR Daxili İşlər naziri Fazil Ələkbərova göndərilən rəsmi təlimatdan sonra Naxçıvana çağırılan Razi elə aeroportdaca həbs olunaraq saxlama təcridxanasına aparılır və ağır işgəncələrə məruz qalır.
Şəkildə: PA-dan Naxçıvan MR DİN-ə göndərilən məktub
Atasının iddiasına görə, Razi Orucov Naxçıvan MR DİN-in müvəqqəti saxlama təcridxanasında Seymur “müəllimin” Həsən Əhmədov və təcridxananın Mahir adlı müdiri tərəfindən sərasər 22 gün döyülür. Bu 22 günlük işgəncədən sonra Razi ağzında bir dişi belə qalmadan azadlığa buraxılır.
Razi Orucovdan “dövlət” adına müsadirə olunan daşınmaz əmlakın siyahısı:
3 maşın: 1 Ford tranzit, 1 Prado, 1 Niva;
4 ev: 3-ü qaytarılıb, 1-ni Həsən Əhmədov Alman apteki edib;
1 quşçuluq ferması: 385 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 5000 ədəd toyuq, ördək. Hazırda fermanın sənədləri Orucovlarda olsa da, onun içərisindəki mal-qara və quşlar ərşə çəkilib.
Bir də “Sizin Market”in kassasında qalan 56 min 500 dollar pul.
Üzərindən ilyarımdan çox zaman keçdikdən sonra Bakıdan Naxçıvana yoxlamaların getdiyindən təşvişə düşən Seymur Talıbovun sürücüsü Həsən Əhmədov Razini təcili Naxçıvan MR DİN-nə çağırıb və müsadirə olunan obyektlərdən bəziləri ona qaytarılıb. Bununla razılaşmayan və bütün vəsaitlərini tam olaraq tələb edən Raziyə Seymur Talıbov adından maraqlı iş təklifi verilib: “İddialarından əl çək, sənə Naxçıvan şəhərinin mərkəzində yeni açılmış obyektlərdən birini verək, oranı işlət və qanacını bizimlə böl”. Təbii ki, Seymur Talıbovla əməkdaşlıqdan ağzı bir dəfə yanan heç bir ağıllı iş adamı bu təkliflə razılaşmazdı və Razi də ondan imtina edib.
Hazırda Orucovların quşçuluq ferması və “Sizin Market” Seymurun bacanağı Hümbət Qəhrəmanovun ixtiyarındadır. Ferma guya xərçəng yetişdirmə müəssisəsi kimi fəaliyyət göstərir. Türkiyədən gətirilən xərçənglər burada bir neçə gün saxlanıldıqdan sonra Araz çayının məhsulu adı ilə Bakıya göndərilir. “Sizin Market”də Raziyə məxsus olan mallar isə geri qaytarılmır.
Şəkildə: Seymur Talıbovun şilləvuranı Həsən Əhmədov
Qeyd edək ki, Seymurun sürücüsü olan Həsən Əhmədovun adı Ordubadın Biləv kəndində sahə inspektoru kimi keçir. Bu kənd yüksəklikdə yerləşdiyindən orda işləyənlərin hər biri maaşdan əlavə 25% kompensasiya alır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024