Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-11-2022, 17:23)
Nazirlik eyni malı 260 minə satandan yox, 360 minə satandan aldı

Nazirlik eyni malı 260 minə satandan yox, 360 minə satandan aldı
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsində “Nord Star Pharma” MMC (VÖEN – 1703065921) qalib elan olunub.Mediatv.az-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Aqrar Xidmətlər Agentliyi Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün reaktiv, reagent və dezinfeksiya vasitələrinin satın alınması məqəsdilə bu ilin oktyabr ayında tender (Açıq tender) keçirib.
Tender elanında qeyd olunub ki, müsabiqədə qiymətləndirmə zamanı 20 bal malların çatdırılması müddətinə görə, 80 bal isə 169 adda məhsul üçün qiymət təklifinə görə veriləcək.

Nazirlik eyni malı 260 minə satandan yox, 360 minə satandan aldı

Müsabiqəyə təqdim olunan tender təkliflərinin (təklif zərfləri) açılışı zamanı məlum olub ki, 5 şirkət tərəfindən qiymət təklifi göndərilib. Tender elanının şərtlərində qiymət təklifinə 80 bal veriləcəyi qeyd olunsa da, müsabiqənin yekununda ən aşağı qiyməti təklif edən şirkət qalib ola bilməyib.
Məlumat üçün qeyd edək ki, qalib elan olunan şirkət - “Nord Star Pharma” MMC-nin qiymət təklifi 360 min 753,25 manat olub. Lakin, tenderdə ən aşağı qiymət təklifini “Baba Lab” MMC (VÖEN – 4002460141) verib. “Baba Lab” MMC 169 adda məhsul üçün “Nord Star Pharma” MMC-dən təxminən 100 min manat aşağı – 261 min 574 manat 35 qəpik təklif edib.

Nazirlik eyni malı 260 minə satandan yox, 360 minə satandan aldı

Maraqlıdır ki, Aqrar Xidmətlər Agentliyi daha ucuz qiymətə məhsul təklif edən şirkətdən imtina edərək, daha baha qiymətə təklif olunan məhsulları almaq qərarına gəlib.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən Yeniavaz.com-a verilən açıqlamada bildirilir ki, qiymətləmdirmə zamanı tender komissiyası tərəfindən “Baba Lab” MMC-nin təqdim etdiyi tender təklifinin ehtimal edilən məbləğdən 52% aşağı olduğu müəyyən edilib. Bu səbəbdən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 27.4-cü maddəsinə uyğun olaraq malgöndərənin (iddiaçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faizdən aşağı olduğunu nəzərə alaraq Qanunun 27.4.1-ci maddəsinin tələbinə əsasən dövlət satınalmalarının vahid internet vasitəsilə malların xüsusiyyətləri barədə məlumat alınması məqsədilə iddiaçıya sorğuya ünvanlanıb. Sorğuya cavab olaraq təqdim edilən analiz sertifikatlarında 16 adda malın istifadə müddətinin bitdiyi aşkar edilib.
Təklif edilən mallar üzrə verilən analiz sertifikatlarının etibarlılıq müddətlərinin bitməsi səbəbilə iddiaçı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5.3-cü maddəsinə əsasən qiymətləndirmədən kənarlaşdırılıb.

Nazirlik eyni malı 260 minə satandan yox, 360 minə satandan aldı

“Baba Lab” MMC-dən isə Yeniavaz.com-a bildirdilər ki, tender komissiyası onlardan malın tərkibi və xassələri barədə məlumatlar istəyib:
“Aydındır ki, biz tenderin qalibi olandan sonra yeni istehsal olunmuş məhsullar təqdim edəcəyik. Bu səbəbdən də tender komissiyasına hələ istehsal olunmamış malın analiz sertifikatını təqdim etməyimiz mümkün deyil. Tender komissiyasının malın tərkibi və xassısi barədə məlumat alması üçün eyni məhsulun köhnə tarixə olan analiz sertifikatlarını tədim etmişik və bu barədə də komissiyaya əvvəlcədən məlumat vermişik ki, nəzərə alsınlar. Yəni, təqdim etdiyimiz analiz sertifikatı həmin malı təqdim edəcəyimiz demək deyil. Bu serifikat yalnız malın tərkibi və xassəsi barədə məlumat vermək məqsədilə təqdim olunub. Amma, komissiya üzvləri bunu nəzərə almayıblar və bu barədə bizə heç bir məlumat verməyiblər”.

Nazirlik eyni malı 260 minə satandan yox, 360 minə satandan aldı

Onu da qeyd edək ki, “Baba Lab” MMC 21.04.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Babazadə Murad Məhərrəm oğlu olan MMC daha əvvəl dövlət qurumlarında analoji sahədə çoxsaylı tenderlər udub. Şirkət sonuncu dəfə ötən ay Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi 94 min manatlıq tenderdə qalib olub.
“Nord Star Pharma” MMC isə 31.05.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hacıyeva Ramilə Avtandil qızı olan şirkətin daha əvvəl tender müsabiqələrində qalib olması barədə rəsmi məlumat yoxdur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024