Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-11-2022, 23:22)
“Sumqayıt Tibb Mərkəzi” PHŞ-in Avtoparkında qanunlar belə işləyir -ŞİKAYƏT + VİDEO

 




 Redaksiyamıza Sumqayıt şəhər, 4 mkr, ev 26/4b, mənzil 43-də qeydiyyatda olan Nəsirov Refael Faiq oğlunun müraciəti daxil olub. Müəllif müraciətində “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin Avtoparkında büdcə vəsaitinin mənimsənilməsindən, korrupsiya hallarından bəhs edir...

Biz yenixeber.org olaraq yazıda adları hallanan tərəfləri də dinləmək istədik... “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin Avtoparkın müdiri Kamran Əhmədov şəxsinə yönəlik iddiaları əsassız adlandırdı və bildirdi ki, "Nəsirov Refael Faiq oğlu yol verdiyi ciddi qüsurlar səbəbindən işdən kənarlaşdırılıb. Demək olar ki, bütün aidiyyatı dövlət təşkilatları da bu məsələni araşdırıb. Onun iddiaları təsdiqin tapmır. Hal-hazırda da bir işi Məhkəmədədir". 

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

“Bildirmək istəyirəm ki, 2003-cü il tarixdən  Sumqayıt şəhər Səhiyyə şöbəsi Mərkəzi Qarajında Təcili Tibbi Yardim sanitar avtomobilinin sürücüsü vəzifəsində işləmişəm, Qarajda baş vermiş özbaşınalığa və korrupsiya faktlarına, eləcə də dövlət büdcəsinin talanmasına  etiraz etdiyimə görə əsassız və qanunsuz töhmət verilərək, 2018-ci il tarixdə  işdən azad edilmişəm.

Bundan başqa Qaraj müdüri Kamran Əhmədov bütün sənədləri saxtalaşdırır. Belə ki, mənim haqqımda tərtib edilmiş  Aktı özü də diqqət etmədən həftənin bazar gününə tərtib etmiş, həmçinin Məhkəmə ekspertizasının rəyində də bütün sənədlərin saxtalaşması öz əksini tapmışdır.

Baş vermiş özbaşınalığa   görə  Sumqayıt şəhər prokurorluğuna şikayət verərək,  Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının müdiri Kamran Əhmədovun dövlət bücəsinı  mənimsəməsi, həmçinin işçilərdən qanunsuz pul yığması barədə müraciət etmişəm.

Müraciətimdə əsaslı faktlar görsətsəm də Sumqayıt Şəhər Prokurorluğu işi araşdırmaqda nədənsə maraqlı deyildir.

Belə ki, Qaraj müdüri Kamran Əhmədovun işçisi Araz Novruzov işçilərdən texniki baxışa görə pul yığdığı zaman işçilər buna ehtiraz edərək qanunsuz olaraq texniki baxışa görə niyə rüşvət tələb edirsiniz dedilər. Araz Novruzov isə bildirdi ki, “bunu mənə niyə deyirsiz Qaraj müdürinün tapşırığına əsasən yığıram kimin nə sözu var, getsin Kamran Əhmədova desin”. (Bu faktin videogörüntüsü var.)

 Həmçinin Qaraj müdüri Kamran Əhmədov və baş mexanik Kənan Haciyev uzun illərdi ki, avtomobil ticarəti ilə məşğul olurlar.  2015-2020  il tarixdən  iş vaxtları  işdən yayınaraq, əksər vaxtlarda Gürcüstan Respublikasında olmuşdurlar.

Həmçinin TTYS-na  dövlət tərəfindən yeni alınmış xidməti avtomobillərin içindəki tibbi avadanlıqlar sökülərək  hansı məqsədlərə görəsə götürülmüşdür. Bu da insanların həyatı üçün təhlükə deməkdir.

Qarajın balansında olan xidməti avtomobillərin bəziləri  işlək vəziyyətdə olmasa da Kamran Əhmədov onları işlək vəziyyətdə görsədərək onlara ehtiyyat hissələri və yanacaq silməklə məşğuldur.

Bundan əlavə adları işdə olub, işə gəlməyən sürücülərin yerinə əlavə işləməyimizə, həmçinin xidməti avtomobillərin təmirini icra edən texniki işçilərin işə gəlməməkləri barədə ehtiraz etsək də heç bir nəticə vermirdi. Qarajın müdüri Kamran Əhmədov işə gəlməyən işçilərin maaş kartlarını alaraq bunun əvəzində onların işə gəlməmələrinə şərait yaradırdı. Həmçının Kamran Əhmədov Universitetdə əyani təhsil alan  oğlu Anar Əhmədovu və yaxın qohumlarını Qaraja işə götürərək, işə gəlməmələrinə baxmayaraq, onlara maaş yazaraq dövlət büdcəsini talamaqla məşgul olurdu.

 Bundan əlavə əsaslı sübutlarim və şahidlərim var ki, onlar da bunu təsdiq edirlər. Dövlət büdcəsinin talanmasına  necə göz yumula bilər? Lakin Sumqayıt Şəhər prokurorluğu  bu faktları araşdırmaqda maraqlı deyildir.

                        Yuxarıda qeyd etdiyim faktları nəzərə alaraq,

  Sizdən bu kimi faktları ictimailəşdirməyinizi, eləcə də Sumqayıt Şəhər Prokurorluğuna və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə,  həmçinin “Təbib”ə sorğu verərək bu işin obyektiv araşdırılmsında bizə köməklik göstərməyinizi xahş edirəm.

Redaksiyadan: Aidiyyatı dövlət strukturlarına sorğu ünvanlamaqla, qarşıdakı günlərdə geniş yazı hazırlamağa çalışacağıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024