Karusel (16-11-2022, 13:36)
3 hakimin ümidinə qalan Sumqayıt Ağır Cinayətlər Məhkəməsi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti ilə bağlı ictimai narazılıqlar çoxalmaqdadır.
Mediatv.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, adıçəkilən məhkəmənin yüksək səviyyədə fəaliyyəti üçün hər cür texniki və digər imkanlar olsa da amma bu məhkəmədə proseslər süründürməçiliklə keçirilir.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb. Məhkəmənin yüksək standartlara cavab verən binası, avadanlığı, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələri mövcuddur.
Ancaq bu məhkəmədə 1-2 aya yekunlaşmalı olan məhkəmə prosesləri 1 ilə qədər uzanır.
Yaşanan ən ciddi problemlərdən biri də Penitensiar Xidmətlə yaranan problemdir.
Belə ki, Penitesiar Xidmət təqsirləndirilən şəxsləri Bakı İstintaq Təcridxanasından Sumqayıta gətirmir.
Ona görə də məhkəmə prosesləri dəfələrlə təxirə salınır və proseslər uzanır.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ən ciddi problemlərindən biri də var. Bu, məhkəmənin say tərkibi barədədir.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, sədr və 3 hakimdən ibarət olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cəmi bir tərkib var. Təsəvvür edin ki, yüzlərlə cinayət işi cəmi 3 hakimin icraatındadır.
Onu da bildirək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ətraf rayonlarda törədilən cinayət işlərinə baxılır.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Prezidentin 03 fevral 2021-ci il sərəncamı ilə təşkil olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024