Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (14-11-2022, 15:00)
Ali Atestasiya Komissiyası KORRUPSİYALAŞIB

 




Vicdanlı alimləri, gənc elmi araşdırmaçıları dəyərləndirməli olan Ali Atestasiya Komissiyası bu gün elmi dərəcə, elmi ad alveri ilə məşğuldur. İllərdir elmi dərəcə satan bu qurumun keçmiş rəhbərinin qoyduğu ənənəni indi də yeni sədr Mustafayev Famil Front oğlu yüksək səviyyədə davam etdirir.
Tribuna.Az xəbər verir ki, Ali Attestasiya Komissiyasında fironluq edən F.Mustafayev komisiyadan keçənlərin sevincini də qursağında qoyur. Elmi adların verilməsində alimlərin qarşısında minimum 20 min manat tələb qoyan AAK sədri yaxınlarda bu işin topdan satışı ilə də məşğul olar. Hətta professorluq diplomunun saxta olmasına dair iddialar var.
F.Mustafayevin rəhbər vəzifəyə gəlişindən sonra AAK-da rüşvətin yığışdırılacağına ümidlər çox idi. Ancaq rüşvət və korrupsiya yuvasına çevrilən AAK-ın yeni rəhbərliyinin də köhnədən qalma ənənələri davam etdirməsi elm ictimaiyyətini, vicdanlı alimləri çox narahat edib.
Məsələn, vicdanlı professorlardan olan İdris Abbasov mətbuata verdiyi müsahibəsində qeyd edib ki, AAK sədri müzakirə edilmiş elmi işləri dəfələrlə təkrar müzakirəyə cəlb edir. Çarəsiz qalan əksər gənc alimlər və araşdırmaçıların dəfələrlə müzakirə edilmiş işləri əllərində qalmış olur:
“Mən ona görə də təkrar müzakirəyə sədrlik etməkdən imtina etdim. Elmə, inkişafa heç bir faydası olmayan belə yanlış qərarın icraçısı olmaq üçün o qədər cahil olmalısan ki, bu hərəkətə boynubükük şəkildə razı olasan. Həyatda hər şey elmdən, ziyalılıqdan, haqq sözünü deməyi bacarmaqdan, özünə qarşı tələbkar olmaqdan başlayır. Təəssüf ki, bizim bəzi alim-məmurlarımız bunu hələ də anlamaq istəmirlər. Şirnikləndirici təkliflər, formal müzakirələr, formal seminar vədləri elmin inkişafına deyil, rüşvətə xidmət edir”.
Professor əlavə edir: “Ekspert Şurasının lüzumsuz olduğunun şahidi oldum. Famil Mustafayev yenilik etmək istəyirsə, ilk olaraq elmə aidiyyəti olmayan Ekspert Şurasını ləğv etməliydi”.
Bəs F.Mustafayev nə etdi? Nazirlər Kabineti qarşısında məsələ qaldırdı ki, ekspertlərə pul vəsaiti ayrılsın. Professor bildirib ki, kənardan baxanda da elə bilirlər ki, Ekspert Şurası böyük iş görür, içəridə nəsə iş gedir. Dəhlizlərdə isə vicdanlı alimlər, gənc araşdırmacılar əllərində işləri müdafiəsini, ona verilən rəyı gözləyir. Bu gözlənti aylarla, illərlə davam edir.
Ancaq qızına, gəlininə toy hədiyyəsi kimi elmi ad, elmi dərəcə alıb hədiyyə vermək istəyənlər heç o dəhlizlərdə ayaq da döymürlər. Bu cür evdar “alimlər” də elmi dərəcələrinin qiyməti ilə öyünürlər. 20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə…
Uzun illərdən bəri ömrünü elmə həsr etmiş, min əziyyətlə dissertasiya yazıb müdafiə etmək istəyənlərin qarşısında AAK rəhbəri F.Mustafayev Çin səddi çəkib. Elmi dərəcə, elmi ad admaq istəyən gənc alimlərin əli ciblərində olmalıdır. Yoxsa onların bu günə qədər oxuduqları, araşdırdıqları, yazdıqları dissertasiyalar heç kəsə lazım deyil.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024