Karusel / Slayd (21-10-2022, 22:57)
Deputata məxsus şirkət iri məbləğdə tender sifarişi əldə edib.
Mediatv.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Mahir Abbaszadə ilə bağlı araşdırmasını sosial şəbəkədə paylaşıb.Cavanşir Həsənli yazır:
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə çox ağıllı adamdır. 2 il əvvəl "Qaçqınkom"un 15 milyonluq sifarişini öz şirkətinə ("AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Gürcüstada da qeydiyyadan keçib)
verdiyi haqqında sənədlər ortaya çıxanda abırlı davranıb susdu, ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi. Beləliklə "AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ "yoxa çıxdı".
Lakin...Şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. "MERCURY CONSTRUCTİON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur. Bu nömrə "AZ.İNŞAAT-M.V." MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. "Qaçqınkom" indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib.
Birinci sifarişin məbləği 9 milyon manata yaxındır.
Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdurur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024